Nizami Cəfərov

  Klassik hekayə  yaradıcılığımızın daha bir hadisəsi - «Məhəbbət hekayəti»

 

 

Görkəmli yazıçımız Hüseynbala Mirələmovun «Məhəbbət hekayəti» hekayəsi mənim fikrimcə, bizim  klassik hekayə  yaradıcılığımızın hadisələrindən biridir.

Vətənin təhlükə  altında olduğu  dövrdə öz taleyini Vətənin taleyindən ayırmayan Azərbaycan gəncliyinin hisslərindən, duyğularından bəhs edən bu hekayə məni valeh elədi. Əminliklə deyə bilərəm ki, «Məhəbbət hekayəti» ədəbiyyat tariximizə hekayə sənətimizin ən gözəl nümunələrindən biri kimi daxil olacaqdır.

Yazıçının uğuru yalnız onda deyil ki, Azərbaycan gəncliyinin erməni təcavüzünə münasibətini bütün obyektivliyi ilə təqdim edir, eyni zamanda ürəkdən gələn, səmimi bir üslub nümayiş etdirir. Və başlıcası, gəncliyin əhvali- ruhiyyəsinin xalqın gələcəyinin əhvali-ruhiyyəsi olduğunu dərindən duyan müəllif, hekayənin mövzusunu nə qədər yaxın keçmişimizdən alırsa, o qədər də yaxın gələcəyimizə müraciət edir.

Günayın Xəyala bir hekayə miqyasına sığmayan məhəbbətinin dastanı, yəqin ki, yatmış ruhları da oyadacaqdır…