“Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş etdirilmişdir

 

Bakı, 14 yanvar (AZƏRTAC). Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşasını nümayiş etdirmişdir.

AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində təqdim edilən səhnə əsərinin quruluşçu rejissoru Nadir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə teatrın direktor müavini Azad Məmmədovdur.

Tamaşada rolları əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, aktyorlar Teymur Məmmədov, Püstəxanım Muradova və başqaları ifa etmişlər.