TARİXİ FACİƏLƏRİMİZİN ELEGİYASI VƏ YA NƏSRİN POEZİYASI

                                                

Min illərdir erməni türkün qanına susayıb: Harda türk varsa, özünəməxsusluqla, ustalıqla könlünü ovsunlayır, zahirən hörmət və məhəbbətini qazanır, mətbəxinin başına keçir, sonra namərdcəsinə arxa­dan kürəyinə bıçaq saplayır. Nə dost kimi dostluq edir, nə düşmən kimi düşmənlik. Neçə əsr əvvəl Səhl Sumbat Babəki Xilafətə satdı. Bizim zəmanəmizəcən erməni xisləti minlərlə terror törətdi, müxtəlif əcnə­bi ölkələrdə hətta səlahiyyətli elçi kimi fəaliyyət gös­tərən, milliyətcə türk olanlara məkrli surətdə tor qurdu. Həyasızlıqla dinc insanları şərlədi, güllələdi, öldürdü və ağlaya-ağlaya bütün dünyaya günahsızlı­ğını bəyan elədi. Böyük Vətən savaşında erməni fit­nəsi Azərbaycanın cəsur oğlu, general-mayor Həzi Aslanovu aradan götürdü və tank qoşunları komandi­rinin ikinci Sovet İttifaqı Qəhrəmanı “Qızıl ulduz”unun sənədləri belə, xəlvətcə saxtalaşdırıldı...

Əlbəttə, silsilə faciələrimiz hamımıza bəllidir, bunlar haqqında çoxlu tarixi, elmi-publisistik, bədii əsər­lər yazılıb, yazılacaq da. Qarabağda məskunlaşması­nın tarixi cəmi 165-170 il olsa da, erməni yurdumu­zun bu cənnətməkan guşəsini özününkü sayır və ha­vadarlarının köməyi sayəsində xalqımızı ölüm-diriın müharibəsinə sürükləyib, torpağımızın iyirmi faizini işğal eləyib. Qarabağ faciəsinin köklərini mükəmməl öyrənən, bir vətəndaş-qələm əhli kimi  bıı faciəni ürəyində yaşadan, bəsləyən, millətin qəhrəmanlığını vəsf edən, boşluğuna acıyan, səbəblərini araşdırmağa çalışan yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı" essesi  (əsərə eyni adlı telefilm də çəkilib) qədim Azərbaycan torpağının ayrılmaz parçası haqqında elegiyadır.

Mən “Vışka" qəzetində (təbii ki, Azərbaycan türkcəsində) bu uğurlu nəsr nümunəsini şer kimi oxudum və o qədər obrazlı ifadələr, xalq deyimləri, bənzətmələr, zərb-məsəllər, atalar sözləri yadımda qaldı, müəllifin müşahidə qabiliyyətinə, dəsti-xəttinə, yazı dilinin şirəliliyinə heyran oldum. Və istər-istə­məz, könlümdə bir duyğu bas qaldırdı: nə əcəb Hü­seynbala Mirələmov əsərini nəzmlə deyil, nəsrlə qə­ləmə alıb. Az sonra bu fikirdən vaz keçdim. Məgər “Güllələnmiş heykəllərin fəryadı ' bütövlükdə nəsrlə yazılmış lirik poema deyilmi? Bu, həm də yeniləşən janrın çoxşaxəli ədəbiyyatımızda təzahürüdür. “Xu­mar-xumar baxmaq", “ruhlan ovundurmaq", “Mö­hürümüz, qihləmiz Şuşa, ziyarətgahım, ahım mə­nim", “sinənə yağı tikan əkir, tikan əkən gül dər­məz”, “Şuşa ünvanlı dirilik bulağı", “anasının əmcə­yini kəsənlər”, “Tanrı ətası, Tanrı vergisi”, “yuxu­nun rəngi", “bağrımın başında” “Şüştər"di çalınan, "Hümayundu hıçqıran”, “zaman başımızın altına pərgu yastıqları qoyub”, “ruhlar can qəfəslərinə doğ­ru uçuşur", “qurd kimi ağız-ağıza yatmaq", “bir-bi­rinin gözünü tökmək, qanma yerikləmək", "adı ilə öyünən, havası ilə böyüyən", “bəxtimizə gün doğma­dı", "intiqama çağırış”, "xanlığı içindən kəsəyən ki­mi doğramaq, bayquş yuvasına döndərmək"... "Gül­lələnmiş heykəllərin fəryadı”nın bir neçə səhifəsindən gətirdiyim bu ifadələr şer misralarını xatırlatmırmı? “Biz ruhumuzla, qanımızla Azərbaycanıq, Qaraba­ğıq. Biz Şah İsmayıl Xətainin zühur eləmiş vücudu­yuq, qolları kəsilmiş Babək fəryadıyıq. Bayat əsilli Füzuli misrasıyıq, “Cəngi" harayıyıq, içinə çəkilmiş Koroğlu nərəsiyik. “Heyratı” üsyanıyıq"... Bəs bu parça necə, yağmalanmış  yurdumuzun fəryadına əks- səda verən qəhrəmanlıq nəğməsinin ürək dağlayan nəqarəti deyilmi?

“Güllələnmiş heykəllərin fəryadı"nın diri ruhlarıdır-həmişə ətrafımızda cövlan edən, nigarançılığımızı, xiffətimizi çəkən, həsrət simvoluna dönən canlı ruh­lar. Qarabağ faciələri onlara da agah oldu. Şuşanın işğalından, Xocalı soyqırımından, Ağdamın, Xankən­dinin, Kəlbəcərin, Cəbrayılın, Laçının süqutundan ruhlar da xəbər tııtub. Hüseynbala Mirələmov cəsa­rətlə təxəyyülünün qüdrətinə meydan verir, hər daşı, hər qayası canlı insan təsiri bağışlayan təbii abidələ­ri qarın, yağışın, küləyin yonduğu, hamarlayıb dü­zəltdiyi heykəlləri danışdırır. Şair Vaqif - eşik ağası Vaqif, Heykəl Natəvan - xan qızı birgə varid olur. Onların qevri-adi, üzüntülü dialoqunu Ağabəyim ağanın ruhu davam etdirir, qəfildən Gövhər ağa Məscidindən səs eşidilir. Mirmövsüm Nəvvabın çağı­rışına hamı diqqət kəsilir. İbrahim xanın nəsihətamiz kəlamları qaysaq bağlamış yaralara su səpir: "Hey­kəlləşmiş övladlarım, sizin gözünüzə, sinənizə tuşla­nan güllələr ürəyimi parçalayıb".

Lakin erməni vəhşiləri tərəfindən güllələnmiş hey­kəl-ruhlar da var, onları memarlarımız, heykəltəraş­larımız yaradıb: Üzeyir, Bülbül, Xurşudbanu Natə­van... Müəllif əgər Üzeyir Hacıbəylinin söylədikləri­ni əsərlərdən götürürsə, Natəvanın obrazını yarat­maq üçün qəzəllərindən nümunələr çəkir, Şuşanın Bülbülünü Şeyx Nizaminin "Sənsiz”i ilə dilə gətirir:

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz!

Bu priyomlarda Hüseynbala Mirələmov eyni za­manda üç fikri oxucuya təlqin edir və istəyinə nail olur: əvvəla, erməni türkün tarixi düşmənidir, bu düşmənçilik ən iyrənc vasitələrlə həyata keçirilir, yə­ni, erməni türkün dilsiz daş abidələrini gülləbaran eləməklə bizə münasibətini çəkinmədən dünyaya gös­tərir. İkincisi, əgər Allah eləməmiş, Molla Pəııalı Vaqif, digər sənət korifeylərimiz — Üzeyir Hacıbəy­li, Bülbül, Xurşudbanu Natəvan və başqaları erməni­nin əlinə sağ keçsəydilər, yenə güllənəcəkdilər. Və onların dalınca hansı zurnanı çalacaqdılar, Tanrı bi­lir. Üçüncüsü, son iki yüz illik tariximizin yetirdiyi dahilər səhvlərimizi, günahlarımızı etiraf etməklə bi­zi gələcəkdə ayıq-sayıq olmağa çağırır, düşmənlə hə­mişə ehtiyatla davranmağa səsləyir.

Yazıçı nəsr dilinə qəribə şeriyyət qatır, lakin bütün obrazlı parçaların arxasında faktlar, sənədlər da­yanır. Erməni təkcə türkün torpağına yox, həm də tarix boyu yaratdığı mədəni irsinə göz dikib, mənəvi işğaldan əl çəkmir. Görün, heykəl Natəvanın ruhu nə deyir: “Onlar hətta qədim Şərq əfsanəsi əsasında ne- çə-neçə şair tərəfindən qələmə alınan “Fərhad və Si­rin" əsərinə də böhtan atır, dağçapan (kuhkən) igi­din sevgilisi Şirinin erməni gözəli, erməni şahzadəsi olduğunu sübuta yetirməyə çalışırlar. Musiqimizdə, tətbiqi səhnəmizdə, xalçalarımızda, xalılarımızda, çeşnilər, xallar, naxışlar, daş ahidələrimizdəki oriji­nal ornamentlər özünəməxsusluğumuzun, günümüzün təsdiqidir. Onlar həyasızcasına bunları da mənimsə­mək istəyirlər. Şərhə ehtiyac yoxdur, yalnız xalq şa­iri Məmınəd Arazın erməni xarakterini ustalıqla ifşa edən misraları yada düşür:

            O qədər girdin ki, roldan rola sən,

            Rollar da qurtardı, özün göründün...

Doğrudur, ruhların dialoqunda Pənahəli xan da iş­tirak edir. Qədim qalanın özülünü qoyan, onu məş­hur şəhərə çevirən xan gözlərinə inanmır. Pənahabadı övladlarına əmanət qoya bilməyiblər, nigaran ruhu göylərdə dövrə vurur. "Mən düşməndə günah gör­mürəm” deyir, “qaytarın əmanətimi”. Gözləri təd­birli vəziri Molla Pənahı axtarır. Yalnız eşik ağası­nın qısa izahatından sonra xanın ruhunu sakitləşdirmək mümkün olur.

Əlbəttə, yazıçı Şuşanın bu gününə üç yüz illik tarixi fonunda işıq salır. Yəni, qalanın başı belə qalmaqalları çox görüb, amma  Şuşanın tam məğlub günü­nü heç bir şahənşah görməyib. Savaşda müvəqqəti uduzmaq da olar, geri çəkilmək də. Əsas odur ki, mənəvi cəhətdən mənfur düşmənə məglub olmayasan.

İnsan əbədiyyətə qovuşandan sonra zaman-məsafə fərqləri aradan götürülür. Hüseynbala Mirələmov essedə bu məqama xüsusi diqqət yetirir və qəhrə­manları zamansızlığın fövqündə dayanır. Məsələn, Vaqif qəfildən Bülbülü sorğu-suala tutur, yaxud Üze­yir bəy bir əsr arxaya boylanaraq xan qızı Natəvanı danışdırır.

“Güllələnmiş heykəllərin fəryadı”nda maraqlı mə­qamlar çoxdur. Şübhəsiz, əsər istedadla gərgin zəh­mətin təmasından ərsəyə gəlib. “Gərgin zəhmət- de­yəndə mən esse üzərində yazıçının yaradıcılıq işini nəzərdə tutmuram, bu, müəllifin müqəddəs borcudur. Hüseynbala Mirələmovun Azərbaycan tarixinin işığın­da Qarabağ tarixini dönə-dönə oxuması, öyrənməsi, fakt və hadisələrə təkrarən qayıdıb mikroskopla baxması, onları yazıçı təxəyyülündən keçirib qələmə sarılması təqdirəlayiq cəhətdir. Çünki Ağabəyim ağa­nın ruhunu dindirmək üçün gərək yalnız yaşadığı dövrün fövqünə qalxa biləsən, münasib söz tapasan. Müəllif bu çətin işin öhdəsindən şərəflə gəlib.

Hüseynbala Mirələmov əsərin sonluğunu da yaxşı tapıb. Daş heykəllər ruhları ilə birgə göylərə çəkilir, “daş insanlar əl-ələ verir, göy iiziiııü daş-bulud tutur. Göy üzünü bulud kimi tutmuş daşlar məqam gözləyir yağmağa". Xalq arasında belə bir ifadə işlənir: “ba­şına daş yağsın” və ya “göydən daş yağır”, əlbəttə, bu sonluğun rəmzi mənadan, məcazdan başqa bir hikməti də var. Göyə bülənd olmuş o daşlar düşmə­nin başına düşməyə məqam gözləyir.

Biz hamımız o günün həsrətini çəkirik,  Hüseynba­la müəllim!

AĞACƏFƏR HƏSƏNLİ                                           

"Söz haqqında söz" kitabından-2004