Yazıçının ədəbi tərcümeyi-halı




                                                                                                              Nizami CƏFƏROV


"...Azərbaycanın tanınmış yazıçı- dramaturqu HüseynbalaMirələmovla bir yerdəyik... Mən dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymətverən adamam. Bu mənada Hüseynbala Mirələmovlaoxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale biziqovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparandaeyni məxrəcə gələ bilirik... Hüseynbala ilə hər  görüşəndəondan müsbət enerji qəbul edirəm, ruhən  bəhrələnirəm"...

Bu sözlər türk dünyasının (və ümumən dünyanın!)  böyük yazıçı- mütəfəkkiri Çingiz Aytmatova aiddir...

lll

Hüseynbala Mirələmov müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biridir. Onun hekayə, povest, roman, dramaturgiya və publisistikasında qaldırılan kifayət qədər ciddi sosial- mənəvi problemlər yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə  olunub yayıldığı ölkələrdə də böyük maraq doğurur, Azərbaycan ədəbiyyatının, ədəbi- ictimai təfəkkürününsəviyyəsi barədə aydın təsəvvür yaradır.

Yazıçının yaradıcılığının ən mühüm  xüsusiyyətlərindən birincisi, heç şübhəsiz, müasirliyi, günümüzün  mürəkkəb hadisələrinə, analitik təhlilə (və ümumiləşdirməyə) çətin gələn ictimai  proseslərə, get- gedə daha da  çətinləşən, gözlənilməz mənəvi- əxlaqianomaliyalarla  qəlizləşən insan münasibətlərinə fəal ədəbi-fəlsəfi müdaxiləsidir. Ümumiyyətlə, hansı mövzuda yazırsa-yazsın, Hüseynbala Mirələmovu bir yazıçı - mütəfəkkir kimi  maraqlandıran əsas məsələ bu günün insanı, onun düşdüyü mürəkkəbsosial-psixoloji vəziyyətlər və ondan optimal çıxış yollarının axtarılıb tapılmasıdır.

Məlum olduğu kimi, XX əsrin sonu XXI əsrin əvvəllərindən etibarən dünya insan həyatına həm siyasi, həm  iqtisadi, həm dəmədəni-mənəvi sahələrdə  öz  "sürprizlər"ini diqtə etməyə başladı. Və bu  "sürprizlər" o qədər çox, o qədər intensiv oldu ki, zəmanəmizin ən nikbin filosofları belə insanın (və dünyanın!) taleyi barədə xeyli bədbin fikirlərə düşdülər... Vəziyyət o həddə  çatdı ki, yeniləşmə, inkişaf fəlsəfi təfəkkürdə  nəinki alqışlanmalı, hətta etiraz doğurmalı  oldu. Əgər əsrlər boyu nümunəvisayılan, həyat proseslərini tənzimləyən kanonlar  pozulursa, həmin kanonlara bu və ya digər səviyyədə riayət etmək insanıhəyatın özünün  proqreslərindən kənarda qoyursa, müasir  (və hər gün müasirləşən!) dünyanı necə  izah etməli? Yalnızparadokslarlamı?..

Bir vaxtlar dünyanı hərbiçilər- sərkərdələr idarə edərdilər...  Makedoniyalı İsgəndər, Attila, Çingiz xan, Əmir Teymur, I Pyotr, Napoleon... Və  tarix yüzlərlə bu cür qəhrəmanı öz yaddaşında qəribə bir məhəbbətlə, ehtiramla və  çox maraqlıdır ki, xüsusitəəssübkeşliklə qoruyub saxlamışdır. Bütünlüklə fiziki- hərbi gücə əsaslanan həmin dünya üçün insan həyatı o qədərəhəmiyyətsiz idi ki, hətta az- çox fatehlərin  ətrafındakı filosoflar, tarixçilər, şairlər belə onların yüz minlərlə insanın məhvinəhesablanmış qələbələrini tərənnüm edirdilər.

Dünyanın həm hərbçi sərkərdə, həm də siyasətçi- ideoloq olmaq iddiasına düşən son qəhrəmanları Hitlerlə Stalin oldular.

Sonra siyasətçilər, ideoloqlar gəldilər... Onlar əllərində silah orduların önündə getmək, qanlarına bulaşmış cəsədləri bilavasitəgörmək əzabından xilas oldular... Və  təbii ki, qalib gəlmək üçün yenə də öldürmək lazım idi, lakin gözə görünmədən, günahınaməlum (heç bir vəchlə tapılmayacaq!) bir qüvvənin, ya da ölənin boynuna atmaqla...

XX əsrin sonlarına doğru sülh uğrunda mübarizənin ümumdünya hərəkatına çevrildiyi, insan hüquqlarının müqəddəsliyibeynəlxalq münasibətlərin əsasında dayandığı bir dövrdə terrorizm (günahkar yox,  məhz günahsız insanlara qəsd!) hərəkatıelə  bir miqyas aldı ki, həyatın fəlsəfəsi barədə  düşünmək artıq xeyli dərəcədə mübahisəli görünməyə başladı.

Elə isə nəinki insan beyninin (intellektinin!) hətta insan qəlbinin (hisslərinin!) mexanikləşdiyi müasir dünyada yazıçının, sənətkarın, mütəfəkkirin müasir olması nə deməkdir?.. İnsanın necə yaşadığı, gündəlik fəaliyyətinin nədən ibarət olduğu, necəailə qurduğu, bu dünyada nə qoyub getdiyi  barədə daha çox iqtisadi statistikanın, yaxud hüquq- mühafizə  orqanlarının verdiyiməlumatlara əsaslanıldığı müasir dövrdə yazıçının (ədəbiyyatın!) müasirliyi nəyə əsaslanır?..

Fikrimizcə, konyuktursuzluğa və ya tərəfsizliyə!.. Ədəbiyyat, yaxud əsl yazıçı (sənətkar) ona görə həmişə müasirdir (və onundövranı heç zaman qurtarmır) ki, onun, sözün dar mənasında, məqsədi yox, sözün geniş mənasında, məramı var... Bu məramisə insanın daxilinə hansı ilahi qüvvəninsə qoyduğu insanlığın ölməsinə imkan verməməkdən, onu (insanı), birinci növbədə, özgözündə yüksəltməkdən ibarətdir.

Və Hüseynbala Mirələmov hər şeydən əvvəl, ona görə müasirdir ki, təbii- tarixi bir inersiya ilə öz böyük xələflərinin yoluylagedir...

Yazıçının yaradıcılığının ikinci mühüm xüsusiyyəti onun  mütəfəkkir məsuliyyətidir. Bu isə o deməkdir ki,  HüseynbalaMirələmov əlinə qələm alandan nə yazıbsa onun həqiqət olduğuna ürəkdən inanıb, bir şey düşünüb başqa şey yazmayıb...  həyatı bəzəməkdən, bəlağətdən, gözə (və ürəyə!) xoş gələ biləcək bədii konstruksiyalar uydurmaqdan həmişə qaçıb... Və  imkan verməyib ki, nə zamansa sıravi, yaxud intellektual bir oxucu onun əsərini oxuduqdan sonra "yox, düz yazmamısan!" desin.

Yazıçı sözünün, çox təəssüf ki, nüfuzunun o qədər də yüksək olmadığı bir dövrdə  ona (yazıçı sözünə!) nüfuz qazandırmağınəsas yolu məhz bu tərəfsiz, konyuktursuz məsuliyyətdir - həyatı  necə varsa o cür, bütün harmoniyası (və kəm- kəsiri) iləgöstərmək, təsvir etməkdir.  Həqiqəti deməkdən qorxmamaqdır.

Nəhayət, Hüseynbala Mirələmov yaradıcılığının üçüncü mühüm xüsusiyyəti onun humanizmidir.

Yazıçı üçün müasirlik, məsuliyyət nə qədər əhəmiyyətlidirsə, humanizm də o qədər vacibdir. Dünyada insana həyat verəbiləcək, onu müdafiə edə, yüksəldə biləcək nə varsa, yazıçı ona həssas olmalıdır.  Və əksinə, insanı insanlıqdan çıxaran nəvarsa, ona qarşı çıxmalıdır. Xüsusilə bizim günlərdə - insanlığın ən munis, ən səmimi hisslərinə total (və qaba!) müdaxiləningücləndiyi bir dövrdə yazıçı humanizmi ən böyük sosial- ideoloji münsif ola bilər. Və olmalıdır...

Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər  məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır... O, ən "mənfi" qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür,  qiymətləndirir, “qətran qaranlığı"ndakı kiçik  bir işıqcücərtisinin parlamasına, yatmış vicdanın oyanmasına, solmaqda olan hisslərin çiçəklənməsinə elə ehtirasla çalışır ki, bunuancaq böyük ürək sahibləri edə bilər.

lll

Hüseynbala Mirələmov 25 iyun 1947- ci ildə Lerik rayonunun Nuravurd kəndində dünyaya gəlsə də, kiçik yaşlarında ailəlikləLənkəran şəhərinə köçdüklərinə görə burada  boya- başa çatmışdır. Lənkəranda orta məktəbi gümüş medalla bitirmiş, müxtəlifelm sahələrində istedada malik yeniyetmə ali təhsilini Azərbaycan Politexnik İnstitutunun  inşaat fakültəsində  davametdirmişdir (1965- 1970).

Uzun illər həm istehsalatda çalışan, həm elmi tədqiqatlarla məşğul olan, həm də  ictimai xadim kimi formalaşan HüseynbalaMirələmovun  genişmiqyaslı yaradıcılıq imkanlarının, tale (və həyat) göstərdi ki, bir mühüm sahəsi də ədəbiyyat  imiş.

Orta məktəbdə oxuduğu illərdə yazıb Lənkəranın "Leninçi" qəzetində çap etdirdiyi "Bir tikə çörək" hekayəsi, hər şeydən əvvəl, odemək idi ki,  Hüseynbala Mirələmov çox gənc yaşlarında  ədəbiyyat dünyasına daxil olmaq üçün artıq "vətəndaşlıq pasportu" almışdı. Və tale onu sonralar  haraya göndərsə də, hansı yüksək mövqelərə qaldırsa da, o, bu "vətəndaşlıq"dan imtina  edəbilməzdi.

Ümumiyyətlə, təcrübə göstərir ki, həyatın hər üzünü görməyən, ona sözün böyük mənasında  (və bütün mürəkkəb tərəfləri iləbirlikdə) yaşamayan, dünyaya yalnız yazı masasının  arxasından baxan yazıçı sənətkarlıq texnologiyalarına nə qədər dərindənyiyələnsə də, oxucu ilə sona qədər səmimi ola bilməz. Həyatdan gələn yazıçı isə hətta sənətkarlıq baxımından müəyyənmənada mübahisəli görünsə də,  əsərlərində həyat həqiqətlərini bütün təbiiliyi ilə təqdim etdiyinə görə, oxucunu cəlb edir, hisslərinə hakim kəsilir, onu həyəcanlandırır, düşündürür...

Orta məktəbin yeddinci sinfində oxuyarkən - 1961- ci ildə çap olunan ilk  hekayəsindən iyirmi beş il sonra ilk hekayələr kitabı - "Tənha durna uçuşu" (1986) nəşr olunana  (və ondan da on beş il sonraya) qədər   Hüseynbala Mirələmov çoxlarının qibtəedəcəyi  dolğun (hadisələrlə zəngin!)  bir həyat yaşamışdı. Özü də kabinetlərdə yox,  istehsalatın imkan verdiyi geniş ictimaimiqyaslarda, müxtəlif təbəqələrdən olan insanlarla çiyin- çiyinə,  kürək- kürəyə, göz- gözə... Dünyanın ən ağıllı, müdrik, hərhərəkəti bir tərbiyə məktəbi olan  insanlarını da görmüşdü, hər hərəkəti insan adına ləkə olan məxluqlarını da...

 Hüseynbala Mirələmovun çap olunan ilk hekayəsindən iyirmi beş il sonra nəşr olunmuş ilk hekayələr kitabına ön söz yazmışməşhur yazıçı, tənqidçi- ədəbiyytşünas Elçin özünəməxsus üslubla qeyd edirdi ki, "mən bu kiçik kitaba toplanmış hekayələrioxuduqdan sonra birdən- birə Lerik, Yardımlı dağlarını xatırladım,  o dağların təmiz, şəffaf ab-havasını xatırladım, Lənkəranın, Astaranın, Masallının - doğma  Azərbaycanımızın bu gözəl, ürəkaçan guşəsinin limonlu, narınclı, portağallı bağ- bağatını,  qatarla sıralanan düzləri, təpələrin döşlərini bəzəyən çay plantasiyalarını xatırladım, Xəzərin heç yerdə yox, məhz Lənkəran, Astara sahillərində əsən mehini duydum...

Yox, ona görə yox ki, Hüseynbala başı qarlı o dağları, o gözəl Lənkəran bağ- bağatını təsvir etmişdir; ona görə ki,  buhekayələrdəki səmimiyyət, doğma yurda məhrəmlik,  hiss etdiklərini öz imkanları daxilində  söyləmək, yaxşıya sevinmək ilə, xeyirxahlıq ilə o dağların, o bağ- bağatın, o dəniz mehinin arasında nəsə üzvi bir bağlılıq var".

Hər cür uğurlu, istedadlı əsəri (və yazıçını) ürək genişliyi ilə yanaşı, son dərəcədə  məsuliyyətlə dəyərləndirən Elçin əlavə edir:  "Hüseynbalanın bu hekayələr kitabı "Tənha durna uçuşu" ilə başlayır, "Qayıtdı durnalar..." hekayəsi ilə sona yetir.

Nə yaxşı ki, o durnalar, o azad quşlar yenə də doğma torpağa qayıdırlar və mən çox  istəyirəm ki, hansı janrda, hansı həcmdəyazmasından asılı olmayaraq, Hüseynbalanın qələmi də zəhməti kimi (Hüseynbala Mirələmov o zamanlar qaz kəməri inşaatımühəndisi idi - N.C.) doğma  torpağa, doğma yurda beləcə bağlı olsun".

“Tənha durna uçuşu"ndan on beş il sonra nəşr olunmuş  ikinci hekayələr kitabına - "Qayada çiçəy"ə (2002) yazdığı “Müəllifdənqeydlər"ində Hüseynbala Mirələmov ilk hekayəsinin çapından qırx ildən də artıq vaxt keçdiyini yada salır.  Və yaradıcılıqtarixçəsinə işıq salan maraqlı fikirlər söyləyir:” ...İndi nə yaş o yaşdır, nə də zaman, dövran...

Ancaq ilk gəncliyimdən içimə düşən közün yandırdığı yerin göynərtisi ötmədi. Zaman- zaman məni yandırdı, ara- sıra qələməaldığım hekayələrdə daxilimdə baş qaldıran  tufanları sakitləşdirməyə cəhd göstərsəm də,  zaman keçdikcə bu hisslərqarşısıalınmaz bir həvəs və istəklə üzə çıxır, hətta vaxtilə mənəviyyatımda yığılıb qalmış həyat həqiqətlərini bədii sözündonunda üzə çıxarmağa məni məcbur edir. Əlbəttə, bu kitabda  toplanmış hekayələrin qüsursuz sənət  nümunələri olmasıiddiasında da deyiləm. Ancaq diqqətli oxucu üçün bu yazıların zorən yazılmadığını təyin etmək o qədər də çətin  olmaz.

...Az yazmağımı da sözə arxa çevirmək, sözdən uzaq düşmək kimi qəbul etmirlər. Əlbəttə,  yazılarım haqqında ən ədalətlihökmü şəffaf oxucu özü verəcəkdir. Ancaq nikbinlik  duyğusu ilə deyirəm, hansı könülsə nə vaxtsa bu sözlərin hərarətindənistilik alsa, məmnun olaram".

  Hüseynbala Mirələmovun bədii yaradıcılığa çox gənc yaşlarında başlamasından xəbəri olmayan, yaxud 2000-ci illərinəvvəllərindən etibarən çox böyük məhsuldarlıqla yazıb-yaratmasından və ya qəflətən ədəbi prosesdə bütün parlaqlığı iləgörünməsindən "təşvişə düşən" tənqidçilər yazıçını qiymətləndirməkdə də müəyyən tərəddüdlər keçirdilər. Necə oldu ki, 60, 70, 80-ci, hətta 90- cı  illərdə "susan", "görünməyən" bir yazıçı 2000- ci illərin əvvəllərindən başlayaraq "inqilab" elədi, həm nəsrdə, həm dramaturgiyada, həm də publisistikada bu qədər böyük uğurlar qazandı?..

Ədəbi yaradıcılığın (istedadın!) özünəməxsusluqlarını, gözlənilməz sürprizlərini və subyektivlərini bir yana qoysaq, fikrimizcə, bunun  üç məlum səbəbi vardı:

1) Hüseynbala Mirələmov çox gənc yaşlarından, əgər belə demək mümkünsə, yazıçılıq eləmiş, ilk hekayəsini çap etdirmiş,  sonralar da "ədəbiyyatdan xeyli uzaq sahələrdə" çalışsa da,  vaxtaşırı yazmaqdan qalmamış, ədəbiyyatla yaşamışdı.

2) 60, 70, 80, 90-cı illərdə hər onilliyi bir mərhələ olan, xüsusilə mənən- ruhən zəngin bir həyat yolu keçmiş, böyük bir intellekt, ideya- fikir adamı, cəmiyyətin qəbul etdiyi şəxsiyyət olaraq formalaşmışdı, deməyə  sözü vardı.

3) Dünyanın dəyişməsi (demokratikləşməsi!),  xüsusilə Azərbaycanda ümummilli lider Heydər Əliyevin yaratdığı humanistşərait imkan  vermişdi ki, daxilində yanğı (və insan sevgisi!) olan, həyatı dərindən bilən bu  şəxs (şəxsiyyət!) bütün gücü, miqyası və məhsuldarlığı ilə  ədəbiyyata (yenidən!) gəlsin.

Və çox keçmədi ki, Hüseynbala Mirələmovun  istedadını qiymətləndirməkdə ədəbiyyatın xeyirxahı (və uzaqgörəni!) Elçin təkqalmadı... Çingiz Aytmatov, Bəkir Nəbiyev, Əlirza Xələfli,  Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Nizami Cəfərov kimi onlarlaədəbiyyat adamı da böyük yazıçının, ictimai xadimin, "insan qəlbinin mühəndisi"nin (Maksim Qorki) istedadını etiraf etdilər.

lll

Yaradıcılıq miqyası çoxşaxəli olan yazıçı, artıq qeyd etdiyimiz kimi, onlarla gözəl hekayələrin, povestlərin, romanların, draməsərlərinin, publisistik məqalə və kitabların (xüsusilə Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev haqqında "Görkəmliadamların həyatı" seriyasından dünyanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edilmiş kitabları), ədəbi- tənqidi yazıların, tərcümələrin müəllifidir. Müraciət  etdiyi mövzulara gəldikdə isə onların da  miqyası kifayət qədər genişdir: məhəbbətmövzusundan başlamış Qarabağ  mövzusuna qədər...

Əgər sual olunsa ki, Hüseynbala Mirələmov yaradıcılığının baş qəhrəmanı kimdir və ya nədir? - cəsarətlə cavab vermək olar ki, "mənəviyyat!.." Ümumiyyətlə, yazıçının elə bir əsərini təsəvvür etmək mümkün deyil ki, mənəviyyat, insanlıq və ya mənəviməsuliyyət məsələsinə  toxunulmasın, özü də məhz  dərindən, məsələni hərtərəfli əhatə edəcək bir şəkildə toxunulmasın... Maddiyyatın mənəvi dəyərləri (insanlığı!) çox hallarda sıxışdırıb ikinci və ya  üçüncü plana keçirdiyi müasir dünyada bu,  əlbəttə, donkixotluq deyil, böyük yazıçı  missiyasıdır, insanlıq tarixi qarşısında əbədi cavabdehlikdir...

Sevgi!.. Hüseynbala Mirələmovun qəhrəmanlarının mənəvi dünyasını, hətta xarakterini, şəxsiyyətini (və taleyini!) müəyyənləşdirən ilahi qüvvədir. Bir  kişinin bir qadına, yaxud bir qadının bir kişiyə münasibətinin ən parlaq təzahürü olan buqüvvə, yazıçıya görə, o zaman  təbii, məsuliyyətli və humanistdir ki, həyatın özünü yenidən yaradır. Çünki dünyada həyatınözünün özünü  yenidən yaratmasından müqəddəs heç nə yoxdur.

Əgər buna alternativ olan hər hansı cəhd, yaxud "qüvvə" olmaq fikrinə düşən bir  refleks və ya iddia varsa, o,  anlaşılmazlıqdır, anti-həyatdır, qaranlıqdır...

Və cəsarətlə demək olar ki, yazıçının nəinki bədii əsərlərində, hətta publisistikasında  da sevgi, məhəbbət hissi özünü ifadədənçox- çox kənara çıxıb dünyagörüşü (fəlsəfə!) səviyyəsinə, insanın həyatda, cəmiyyətdə, mühitdə özünütəsdiqi, şəxsiyyətinmükəmməlliyinin atributu səviyyəsinə yüksəlir.

Hüseynbala Mirələmovun, demək olar ki, bütün əsərlərində hadisələr, münasibətlər (ümumiyyətlə, həyat!) əvvəlcə qatıqaranlıqlar, tufanlar içərisində təsvir olunur, əsərin qəhrəmanı bu qatı qaranlıqlardan işığa, tufanlardan  hüzura, sakitliyə canatır.

Və qəhrəmanlarını həmişə  həyatın ən dərin girdablarına salmaqdan, ən çətin vəziyyətlərdə təsvir etməkdən ona görə çəkinmirki, onların həmin girdablardan, həmin çətinliklərdən çıxacaqlarına tamamilə  əmindir.

Hüseynbala Mirələmov yaradıcılığı, ədəbi tərcümeyi- halı ilə Azərbaycan ədəbiyyatına, ümumən mədəniyyətinə kifayət qədərböyük nüfuz, hörmət gətirən mütəfəkkir yazıçıdır.

"525-ci qəzet", 22.09.2014