BİR AZ ÖZÜM HAQDA…
1953-cü ilin avqust ayı idi. Lənkəranın yandırıcı istisinin yaratdığı ovqat sanki indi də canımdadır. Rəhmətlik atam Fazil kişi məni yanına salıb dərs ləvazimatı almaq üçün dükan-bazarı gəzdirirdi. Böyük bazarda atamın tanışlarından biri ondan soruşdu:
- Fazil kişi, hara belə, bu uşağı istidə niyə yanına salıb gəzdirirsən?
- Sentyabr yaxınlaşır, Hüseynbala bu il birinci sinifə gedəcək. Pal-paltar, canta-manta alıram.
Kişi istehza ilə gülərək:
- Gözlə, sənin oğlun oxuyub nazir olacaq. Əşi, uşağı bu istidə incitmə, nə məktəbbazlıqdı…
Sentyabr ayında 3№-li şəhər orta məktəbin I sinifə getdim. Artıq o hadisədən düz 61 il keçib, hələ də o kişinin sözlərini unuda bilmirəm. Şükürlər olsun ki, 1988-1992 – ci illərdə Mən Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədrinin birinci müavini, bir ildən artıq isə sədri (naziri) əvəz etmişəm. Atamın tanışının sözlərini isə heç vaxt unuda bilmirəm.
Rəhmətlik atam necə də uzaq görən, necə də qayğıkeş imiş…Bəlkə də atam daxilən mənim nazir və ya yazıcı olmağımı arzulamışdı. Onun arzusu çin olmuşdu...
Davamı..