Deputat Prezidentin əfv sərəncamını alqışladı
“Xalqımız Prezident İlham Əliyev və Birinci-vitse-prezdent Mehriban xanım Əliyevanın fəaliyyətindən və həyata keçirdikləri islahatlarlardan çox razıdır”.
Bunu Modern.az-a açıqlamasında deputat , YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirib.
O qeyd edib ki, martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı yüzlərlə ailəyə növbəti dəfə sevinc yaşadıb
“Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Son aylarda 100-ə yaxın müxtəlif sərəncam, fərman və qəralar verilib ki, bu sənədlərin arxasında Azərbaycan insanının daha yaxşı yaşaması dayanır.
Möhtərəm dövlət başçısının Novruzqabağı humanist addımı da hamılıqla alqışla qarşılanır .Əfv olunanlar müəyyən cinayət törədən və cəzasının müəyyən hissəsini çəkənlərdir.
Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar. Onların cəzasının bağışlanması həm həmin şəxslər üçün, həm də onların ailə üzvləri üçün bayram sevincidir”.