ZƏFƏR YOLU
esse


Xalqımızın Böyük Oğlu, Müdrik
Ağsaqqalı, Millət Atası, möhtərəm
prezidentimiz Heydər Əlirza oğlu Əliyevin
şərəfinə


Böyük İnsan zirvədən boylanırdı. Əllərinin hərarəti, işıqlı və müdrik zəkası, tükənməz enerjisi ilə
uzun illər ərzində kərpic-kərpic, pillə-pillə ucaltdığı saraya — artıq dünyanın hər yerindən görünməkdə
olan Azərbaycan adlı Dövlət Sarayına qürurla baxırdı.
Bu Saray bahar günəşinin səhər çağı təbiətdə yaratdığı min bir çalarlı rəngə boyanmışdı. Böyük
İnsanın illər boyu inam və [5-6] inadla keçdiyi yolda sonsuz zəhməti və gücü ilə başa gətirdiyi Dövlət
Sarayının əzəməti onun hər cür sıxıntılara tablamış, müqəddəs arzu və istəklər beşiyi ürəyini riqqətə
gətirmişdi. Çiçək açmış arzuların sevinci qəlbini titrədir, kükrəyən köksünü qabardırdı.
... Fəqət arzuların çiçəklənməsinə qədər neçə fəsil dəyişib. Üst-üstə qalaqlanmış buz dağları
əriyib, buludlar toqquşub, leysanlar yağıb, sellər-sular ana təbiəti yuyub. Qızmar günəş altında cadarcadar olmuş torpağın dodaqları su istəyib. Vaxtsız xəzan yelləri əsib. Neçə-neçə körpə fıdan boy atmamış kökündən qopub. Soyuq şimal küləkləri Vətən — Ana saçlarını necə də amansızlıqla yolub!.. Qara
yellərin soyuq nəfəsi qönçə tutan çiçəkləri-ləçəkləri soldurub.
Vətən — Ananın fəryadlarını O — Böyük İnsan eşidirdi, duyurdu. Bu fəryadlar [6-7] qəlbini
göyür-göyür göynədir, sinəsini deşirdi.
Böyük İnsan ağır, ləngərli addımları, təmkinli, səbirli baxışları ilə öz yolundaydı. O, tarixin
təkərini öz qətiyyəti, iradəsi ilə çevirəcəyi zamana doğru irəliləyirdi. Axı tarixin qarşısına alnıaçıq çıxmaq
üçün əllərini qoynuna qoyub gözləmək ölüm-dirim savaşna girəcək cəngavər üçün məğlubiyyət demək
olardı. Böyük İnsan çarpışırdı. Bütün qətiyyəti, iradəsi ilə çarpışırdı. O, zamana — həlledici döyüşlərin
baş verəcəyi həmin zamana doğru getdiyi kimi, zaman da ona doğru gəlirdi.
Böyük İnsan iti zəkası və fenomenal ağlı ilə bunları görürdü. Dünyaya meydan oxuyan, tiranları
gurulrulu alqışlarla Olimpin zirvəsinə qaldırıb, şəninə təmtəraqlı nəğmələr qoşan, fəqət Tanrının hökmü
ilə tarix səhnəsindən gedən kimi onu fikirlərdə, beyinlərdə amansızlıqla, qəddarlıqla dəfn [7-8] etməyi
bacaran rejimin sərt qanunları çərçivəsində yaşamaq və işləmək məcburiyyətində qalsa da, bunları görə
bilirdi.
Bir ömür insana bəs eləyərmi?
Hər kəs yaxşı bilir ki, ona verilmiş həyatı bircə dəfə yaşaya bilər. Demək, bir ömür insana bəs
eləməlidir. Bəs onda başa varmamış arzular, həyata keçməmiş diləklər... Axı hər birimiz yaxşı bilirik,
yaşadığımız günlərin gətirdiyi ab-hava ilə doğulan arzularımız qəlbimizdən və min bir dərdimizdən keçsə
də yaşarılıq qazana bilmir. Bu arzular bəzən addım atacağı sabahları gözləyə-gözləyə qalır.
Axı Böyük İnsan da bəşər övladıdır. Axı O da bizim kimi sevinmək istəyir, axı O da bizim hər
birimiz kimi əzablara, iztirablara məruz qalır.
Demək, Tanrının bəxş elədiyi ömrü saat mexanizmi kimi dəqiqliklə yaşamaq, günəşin kainatda
payladığı işıqdan, enerjidən [8-9] payna düşənlərin hamısından bəhrələnməklə həyati arzulara nəfəs
vermək artıq insanın özündən asılıdır. İnsan ancaq ulu Tanrıya ona görə minnətdar olmalıdır ki, ona təbii
qabiliyyətlər — bu təbii qabiliyyətlərin tacı sayılan ağıl bəxş edib. Ağılı isə gücə, qüdrətə, inama, inada,
qətiyyətə çevirmək insanın öz əlindədir. Fəqət öz əlində olsa da, bu, çox çətin bir missiyadır. İnsanlann
çox az qismi bunu bacara bilir. Bacaranlar artıq seçilmişlərdir. Bəşəri mahiyyət kəsb edən insanlardır.
Böyük İnsan bunu bacardı.
Necə də asan səslənir, «bacardı» ifadəsi. Bu bircə kəlmənin arxasında bütöv bir ömür dayanır.
Səksən il ərzində neçə-neçə tufanlara düşmüş, alovlardan keçmiş, ən gərgin psixoloji döyüşlərdən qalib
çıxmış bir ömrün zirvəsindən baxanda həmin ifadənin mahiyyətə tam cavab vermədiyi necə də aydın
görünür. [9-10]
Ən kəskin, sərt və bəlkə də, qəddar opponentlərin belə heyrətləndiyi məqamlardan
ustalıqla keçmək, hətta bu məqamlardan bəhrələnmək imkanını gözdən qaçırmamaq, həyatın bəzən
qərəzkarlıqla dolaşdırdığı kələfləri fəhminin, qeyri-adi intuisiyasının gücü ilə çözmək Böyük İnsan üçün
asan olmuşdurmu? Cavaba lüzum yoxdur. İnsanlar həqiqəti açıq-aşkar təsdiq edə bilməyəndə ürəklərində,
daxili dünyalarında onunla barışırlar. Böyük İnsanın boylandığı zirvədən qürurla baxmaq haqqı var.
Qartal qanadlarının gücünə arxalanaraq zaman-zaman ənginliklərə baş vurur, bu ənginliklərin qalın
buludlarını yaran zirvəni görəndə, bu zirvə onun ruhunu oxşayanda həmin ucalığı özünə əbədi məskən
seçir. Sonra da iti baxışları ilə çox-çox aşağılarda qalmış dərələri, göz işlədikcə uzanıb gedən düzənləri
seyr etməyə başlayır. [10-11]
Böyük İnsan tarixə qovuşmuş illərin zəfər dolu yollarına baxdıqca onun nurani simasındakı
cizgilər, gözlərində bir-birini əvəz edən duyğu çalarları təsdiq edir ki, bu yollar heç də hamar olmayıb.
Zəfər çələngləri ilə dolu pillələri qalxmazdan əvvəl onu tikmək, qurmaq gərək idi. Ömür yolu bir-birinə
bağlanmış qırılmaz zəncir deyil. Bəzən elə namərdlər tapılır ki, bu zənciri «uf» demədən bircə anda qırıb
atmaq üçün qılıncını siyirir, cəllad kimi amansız olur.
Böyük Insan bu gözlənilməzliklərin hamısına hazır idi. İnsan nə qədər fövqəladə bir varlıq,
Tanrının yaratdıqlarının ən parlaq əşrəfi olsa da, o, amal uğrunda, müqəddəs bildiyi arzular naminə
yaşayır. Onun ən qanlı mübarizələri, çarpışmaları bu arzuların həyata keçməsi üçündür. Yoxsa, çox tez
yorular, yarı yolda qalardı. Onda da həyatın, yaşamağın mənası olmazdı. Mübarizələrin, döyüşlərin,
əzabların, iztirabların mənasızlığı İnsanı [11-12] bezdirərdi. Axı İnsanı yaşadan amalları, arzularıdır.
Böyük İnsan uca Tanrının bəşər övladına bəxş elədiyi müqəddəs nə varsa, onun uğrunda
mübarizəyə qərar verdi. Bu isə artıq amala çevrilmiş arzu idi. Onun kredosu, meyarı, ölçüləri mənəvi
dəyərlərə söykənirdi. Onun tükənməyən gücünün, enerjisinin mənbəyi də məhz burada axtarılmalıdır.
İlk gəncliyindən, həyatının daha qaynar çağlarından varlığına hakim kəsilmiş bu duyğular onu —
Böyük İnsanı yorulmağa qoymur, arzularını mənsub olduğu xalqın, çörəyi, suyu ilə böyüdüyü, havası ilə
nəfəs alıb yaşadığı Vətən — Ananın müqəddəs diləkləri ilə qovuşdurub yeni sabahlara çağırırdı.
Budur iradəni sipərə döndərən, budur Böyük İnsanı bütün sınaqlardan keçirib ona sarsılmaz
dözüm, dəyanət bəxş edən. [12-13]
Budur İnsanı yer üzünün əşrəfı edən, kamillik, alilik zirvəsində əbədi yerini müəyyənləşdirən,
insanların da, Tanrının da istəklisinə çevirən.
Böyük İnsanın qərar tutduğu məkan qalibiyyət zirvəsidir. Kimsə deyə bilməz ki, həmin zirvədən
Böyük İnsan ancaq keçmişinə boylanır. Əsla! O, bu keçmişi elə yaşayıb ki, onu sadəcə seyr etmək
qəbahət olardı. Bu ömür zirvəsindən gələcəyin yollarını görmək, müqəddəs diləklər uğrunda mübarizəni
necə davam etdirməyin elmini öyrənmək üçün baxılmalıdır. Bu ömür Böyük İnsanın səksən il ərzində
zərrə-zərrə, bütün həyatını verməklə yaratdığı elmdir: Cild-cild əsərlərə sığmayan, dünyanın ən mötəbər
universitetlərinin illərlə öyrənəcəyi və öyrədəcəyi elmdir. Bu, dövlət qurmaq elmidir. Bu, bəşəri
dəyərlərə, xalqına, millətinə, torpağna, ədəbiyyata, incəsənətə, diplomatiyaya, bağışlamağı ba- [13-14]
carmaq, dünəni unutmadan sabahı görmək məharətinə həsr olunmuş elmdir. Ən çətin, çıxılmaz görünən
məqamlarda belə iynə ucu boyda işığın sızdığı çıxış yolunu görə bilmək elmidi. Böyük dünyamızda bu
elmin ən ali, ən müqəddəs, ən azı barmaqla sayılan müəlliflərindən biri də elə Böyük İnsanın özüdü.
Böyük İnsan bütün ömrü boyu varlığına hopmuş güc və qüdrətini səfərbərliyə ala bilmiş, ən
dəhşətli anlarda da sarsılmamış, şərin təntənə himni oxuduğu zaman belə məğlubiyyət barədə
düşünməmiş, bütün gücü ilə onu rədd etmişdir. Tapındığı mənəvi dəyərlərin əsasında formalaşmış qənaət
və prinsipləri onun həyat ritmini təmin etmiş, heç bir yad təsirə düşmədən, bütün boşboğaz moralistlərin
dediklərinə məhəl qoymadan qəlbinin hökmünə, zəkasının qüdrətinə söykənmişdir. Bu səbəbdən də
tarixin ən burulğanlı, sıx dumanh məqam- [14-15] larında azmadı, yolunu itirmədi, yanılmadı.
Qərinələrin soyuq rəqəmlərlə ifadə olunan hər on ili cəmiyyətin həyatında baş verən
dəyişikliklərə ayna tutur. Bu zaman aşırımları onun taleyindən anları, dəqiqələri, saatları, günləri, ayları,
illəri ilə keçmişdir. Bu aşırımların ən dar, qorxulu keçidlərini dünyanı heyrətə gətirərək, öz müasirlərini
hədsiz təəccüblərə, həsədlərə məruz qoyaraq adlaya bilmişdi. Ətrafmda qurulan və əslində çıxılmaz
görünən ən dəhşətli torları, qaranlıqları ağlının, zəkasının parlaq işığı ilə doğrayıb özünə yol açmışdı.
Bəli, Böyük İnsan zirvədədi. Ancaq bu zirvə buludlu, dumanlı deyil, bu zirvənin ətəklərindən
onun pikinə qədər hər yan baharın gül-çiçəyinə bələnib. Eyni amalın əkiz qardaşı kimi günəş də işığını,
hərarətini ondan əsirgəmir.
Böyük İnsan sevinir. Bu, təkcə onun özünün, şəxsi həyatının şirinliyini ifadə eləyən [15-16]
sevinc deyil. Bu, qabağa düşüb, qoşunu susuz səhralardan keçirən, insanları diləklərinə qovuşduran və
bundan qürur duyan fədakarın sevincidir. Bu, insanlara Tanrıdan aldığı ruhu həqiqət kimi əta edən
müqəddəslik sevincidir. Bu, insanları cəhalətdən, pərakəndəlikdən xilas etmək naminə ulu Tanrının
göndərdiyi vəhyləri ona inananların hamısına səxavətlə paylayan Böyük İnsanın sevincidir.
Böyük İnsanın sevinmək haqqı var. Bu haqqı onun ən qatı əleyhdarları, bəsirət gözləri qapanmış
bədxahları belə təsdiq etməyə bilmirlər.
Zəngin və geniş mənəvi dünyanın sahibi olan Böyük İnsan köksündə daim çırpınan narahat bir
ürək daşıyırdı. Bu ürək onun Vətəni idi. Yaxşı bilirdi ki, bu ürək bir gün əbədi ritmi ilə ümumdünya
ahənginə qovuşacaq. Q, öz ölkəsini öz varlığına köçürmüşdü. Dünyanın harasında olsa da, hansı [16-17]
vəzifə kürsüsündə otursa da, movcud qanunların diqtəsi ilə danışsa da, varlığındakı həmin səsi aydın
eşidirdi. Bu səsin özü də onun yoluna işıq tuturdu. Onun varlığına hopmuş Vətənin daşı, torpağı, yerüstü
və yeraltı sərvətləri, qayalan, meşələri, dənizi, gölləri, ən nəhayət, insanlanı — dünyanın azad, sərbəst
yaşayan ölkələrinin vətəndaşları kimi zəncirsiz, qandalsız, mənəvi buxovlarsız yaşamaq haqqı olan
insanları — bütün bunların hamısı onun varlığında ehtiva etmişdi. Bütün bunların hamısını özünün
zərrələri bilirdi. Yaralanan, qəsd edilən, oğurlanan, talan edilən nə vardısa hamısının göynərtisini özündə,
öz varlığında, cismində duyurdu. Məhəbbət kimi, sonsuz sevgilər kimi əriyib onun varhğına hopmuş bu
duyğuları köksündə ona görə qoruyurdu ki, öz xalqını ağ günə çıxartsın. Bütün bunlar xalqının
xoşbəxtliyi naminə idi. Bu qədər ağırlığı, göy qübbəsi [17-18] qədər yükü çiyinlərində Atlantsayağı bir
qüvvə ilə necə daşıyırdı? Böyük İnsan üçün də bu, o qədər asan deyildi. İllər boyu topladığı həyat
enerjisinin, ağlının, gücünün tam səfərbərliyi sayəsində buna nail ola bilmişdi.
Böyük İnsan öz ölkəsinin birinci adamı idi. Hətta həyat səhnəsində, pərdə arxasında olduğu
zamanlarda belə nüfuzu, təsiri ilə birinci olaraq qalırdı. Bu nüfuzun sayəsində o, rejimin imkanlarından
maksimum bəhrələnərək, bütün qazandıqlarını Azərbaycanın gələcəyinə yonəldirdi.
Böyük İnsan uzaq şimalın elm mərkəzlərinə, məşhur ali məktəblərinə göndərdiyi gənclərin bu
gələcəyin qurucuları olacaqlarına əmin idi. Azərbaycan üçün yaradılan imkanlara sərt reaksiya verən
rejimin vaizlərini özünün dəqiq məntiqi, əsaslandırılmış cavabları ilə susdura bilirdi. Sübut edə bilirdi ki,
Vətənin, onun qəlbində yuva [18-19] qurmuş, çırpınan, titrək ürəyin — Vətən — Ananın buna tam
haqqı var. O, çox gözəl bilirdi ki, rejimə qarşı getməklə yox, onun hakimiyyət pultlarına sahib olmaqla
Vətəni qorumaq olar. O, çox gözəl bilirdi ki, onu tora salmağa gücləri çatmayan qəddar, hiyləgər, zəkasız
ideoloqlar bir vaxt ona arxa çevirəcəklər. Onun sinəsini orden və medallarla bəzəyən əllərin məqam düşən
kimi xəncər tutacağını çox gözəl bilirdi. Dünyanın qarışdığı anlarda onu cismən məhv etməyə çalışanların
məğlubiyyətləri Böyük İnsanın bu həqiqətləri hələ çox-çox əvvəllər bilməsi ilə bağlı idi.
Böyük İnsan zəhmətin nəyə qadir olduğunu yaxşı bilirdi. Zəhməti öz həyatının mənası bildiyi
kimi, zəhmətə güvənən, halal zəhməti ilə yaşamaq istəyən insanlara da qayğı göstərir, dayaq durur, ilham
verir.
Ucalığa gedən yolların tər damlalarının şəffaflığında işığa, nura bələndiyini, bu [19-20] yolların
alın tərinin töküldüyü yerdən başlandığını deyirdi.
Bütün bunlar Böyük İnsanın prinsipləri idi. O, bu prinsiplərlə amal və arzularını addım-addım
gerçəkləşdirirdi və həm də elə gerçəkləşdirirdi ki, dünyanın yarısına hakimlik edən imperiya cəlladlarını
xoflandırmasın. Bu prinsiplər onun şəxsi maraqları və ailə mənafeyi ilə ziddiyyət təşkil etmirdi. Çunki
onun taleyində xalqının, Vətəninin mənafeyi ilə şəxsi mənafeyi qovuşmuşdu.
O, siyasi mubarizə tarixində bir yol seçmişdi: maksimum obyektivliyə əsaslanan düz yol. Zaman
keçdikcə bu yola o, axıracan aşkarlıq və demokratiya prinsiplərini də əlavə etdi. O, həyatın gətirdiyi ən
məkrli siyasi tufanların səmtini və mənbəyini vaxtında duya bilirdi.
Böyük İnsan açıq okeanda tənha üzən gəmini sahilə çatdırmağa qadir olan və bu [20-21] yolda
idarə elədiyi gəmini hər cür gozlənilməzliklərdən qoruyub sahilə çatdıra bilən kapitandır. O, aysberqlərin,
smerçlərin nələr törədə biləcəyini qabaqcadan duya bilir, nəhəng sistemin bütün naqisliklərini və
çatışmazlıqlarını görürdü.
Böyük İnsan nəhəng siyasət eşalonlarında onunla bir cərgədə dayananların təfəkkürü ilə dərk
oluna bilməzdi. Məhz onu axıracan dərk edə bilmədikləri üçün həmişə ondan ehtiyatlanır, belə demək
mümkünsə, qorxurdular.
Nəhəng sovet əjdahasının can verdiyi illərdə onu xilas etmək, təbiətini yumşaltmaq yolu ilə
ömrünü uzatmaq istədilər. Bəlkə də, bununla özlərini, şöhrətlərini qorumaq yolu seçmişdilər. Hər cür
yeniliyi vaxtında duyan Böyük İnsanı bu yolda özlərinə sındınlmayan maneə kimi görürdülər. Elə buna
görə də onu tarix səhnəsindən götürmək istəyirdilər. Bəli, onlar məhz belə [21-22] düşünürdülər. Ancaq
zaman Böyük İnsanın xeyrinə işləyirdi. Yeni siyasət tufanlarından sarsılanlar, başlarını itirənlər hakimiyyət pultlarını qoruya bilmədilər. XX əsr tarixə nəhəng imperiyanın doğuluşu kimi daxil olmuşdu. Elə
həmin XX əsr də imperiyanın çökməsi əsri kimi min illər boyu xatırlanacaq. Cəmiyyətin bətnində yeni
tufanların uğuldamağa başladığı günlərdə Böyük İnsanı böyük siyasətdən kənar etmiş olduqlarını
düşünənlər yanılmışdılar; bərk yanılmışdılar.
Böyük İnsanın ağlı, zəkası yeni çiçəklənmə mərhələsinə qədəm qoymuşdu. Çiçəkdən sonra isə
bar-bəhər gəlir.
Tarix Böyük İnsanı sınağa çəkirdi. İradəsi, dözümü, qətiyyəti bir daha davam gətirəcəkdimi?
Böyük İnsan kriteriyaların, ölçülərin, nizamların dəyişməsinə göz qoyurdu. Və bütün bunları
qanunauyğun hesab edirdi. Təkcə [22-23] barışmadığı onun ölkəsinə — ürəyinə qarşı haqsızlıq,
ədalətsizlik, namərdlik, qəddarlıq idi. Bu haqsızlığa dözmək isə daha yeni haqsızlıqlara haqq qazandırmaq
demək olardı
... Böyük İnsan boylandığı zirvədən artıq tarixə qovuşmuş həmin günləri özünün uzaqgörən baxışları
ilə ən kiçik zərrəciklərinə qədər aydın görürdü. Artıq keçmişə qovuşmuş həmin günlərin közərən üfüqləri, qırmızı qana bələnmiş ağ qışı indi birər-birər onun yaddaşında oyanırdı.
Böyük İnsanın alnında iztirablı qırışlar yol salırdı. Bunlar daha ağrılı idi. Çünki nə qədər sədaqət
və düzlük rəmzi olsa belə, özgə bir diyarda - Vətəndən uzaqlarda üzünə çırpılan soyuq küləklərdən daha
betəri Vətəndən əsən bədxahlıq, namərdlik zəhəri qatılmış küləklər idi. Bu, artıq elə xəyanət idi ki, onun
qarşısında sarsılmamaq üçün qeyri-adi güc tələb olunurdu. İmzalı- [23-24] imzasız məktubların
təşkilatçıları milli xəyanətkarlar idilər. Böyük İnsanın əleyhdarlan, əlbəttə, onu yaxşı tanıyanlar bilirdilər
ki, o yenə özündə güc tapıb həqiqəti öz xalqına çatdıracaq, ən qatı qaranlığa işıq tutacaqdır. Ona görə də
bəraəti heç vaxt mümkün olmayacaq xəyanətlərə əl atırdılar.
Böyük İnsanın işığı daha gur idi. Onlar isə yarasalar kimi işıqdan qorxurdular. Böhtanlar,
şantajlar, yaxınlarına, doğmalarına, ona sədaqətli olanlara qarşı hədə-qorxular onun xalqının bağrında
qorunub saxlanmış köklərinin yenidən şaxələnməsinin qarşısmı ala bilməzdi.
Bütün bunları təşkil edənlər kimlər idi? Bütün bunları yayın istisində, qışın soyuğunda zəhmət
çəkən, tər tökən, zavodda, fabrikdə, dəzgah arxasında gecə-gündüz çalışan, lap bazarlarda meyvə-tərəvəz
satanlar - sadə, sıravi adamlar etsəydilər, [24-25] güman etmək olardı ki, aldanırlar. Həyatın mürəkkəb
mexanizmindən baş çıxara bilmirlər. Xeyr, Böyük İnsan sadə və sıravi adamların qəlbinin təmizliyinə,
onların sədaqətinə inanırdı. Çox gözəl bilirdi ki, bu xəyanətkarlar Azərbaycana qarşı fıtnə toru hörənlərin
hiyləsinə aldananlardır. Ən dəhşətlisi o idi ki, bu, təkcə aldanış deyildi. Onların çürük əqidələri, layiq
olmadıqları vəzifə rıçaqlarının əllərindən çıxacağından yaranan qorxu ilə bağlı idi. Çünki bu vəzifələrin
hesabına onlar var-dövlət qazanmış, sərvət sahibi olmuşdular. Odur ki, Böyük İnsanın haram yola qarşı
barışmaz olduğunu, onlarla haqq-hesab çəkiləcəyini düşündükcə vahimələnirdilər. O, kimlərə çörək
vermişdisə, onlardan da həmin çörəyi halallıqla yeməyi tələb edirdi. Çünki özünün keçdiyi yol halallıq
örnəyi idi.
Böyük İnsan şəraiti düzgün qiymətləndirirdi. Neçə il Vətəndən uzaqda soyuq [25-26] iqlimdə
— yad, bəli, hər cəhətdən yad adamlar arasında, sözün həqiqi mənasında ehtiyac və təqiblərlə üzləşərək
yaşamağa məcbur olsa da, bir gün Vətənə dönəcəyini bir an da unutmurdu.
Vətən — yazıq Vətən, başı bəlalı Vətən...
Vətən isə bacarıqsız dil pəhləvanlarının, eyni zamanda nəfsinin əsiri olmuş tamahkarların, vəzifə
hərislərinin — o hərislərin ki, siyasi döyüş meydanında kütbeyin idilər — ümidinə qalmışdı. Nəticədə
xalq ümidsizliyə qapılmış, mənəvi dəyərlər aşınmaya məruz qalmışdı. Hər yanda dərəbəylik, özbaşınalıq
at oynadırdı. Ən faciəlisi, ən dəhşətlisi isə o idi ki, Vətən torpaqlarına acgöz dişlərin qıcandığı günlərdə
taxt-tac uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Halbuki bu ölüm-dirim mübarizəsi Vətənin hədələndiyi
sərhədlərdə, konkret desək, erməni faşistlərinə qarşı — Qarabağda getməli idi. [26-27] Ölkənin şərqindən
qərbinəcən, şimalından cənubunacan hər yanda güllə səsləri eşidilirdi.
Böyük İnsanın ürəyi çat verdi. Bu çat Vətən — Ananın cavabsız qalan fəryadlarının əks-sədası
idi. Ömür-gün yoldaşını belə ağır günlərin birində itirmək isə necə də dözülməz idi. Ağrı və iztirablar onu
yatağa saldı. Gözünü açanda yanında oğlundan və qızından, bir necə qohumundan, çox az qisim sədaqətli
olan adamlardan başqa heç kim yox idi.
Böyük İnsan bu biganəliyə və bu soyuqluğa layiq deyildi. O, insanların məhəbbət işığında,
ürəklərinin hərarəti ilə qızınmağa layiq idi. Axı işıq, hərarət verdiyi adamların sayı minlərə, yüz minlərə
çatırdı. O, yanında olan və heç vaxt üzünü görmədiyi bu adamların saf, təmiz əqidələrinə heyran idi. Heç
şübhəsiz, Böyük İnsan sədaqəti həmişə yüksək qiymətləndirib. O, yaxşı [27-28] bilirdi ki, çox vaxt
həyatın nizam-tərəzisini qoruyanlar sədaqətli insanlardır. O insanlar ki, həmişə həqiqəti ali biliblər, uca
tutublar.
Böyük İnsan yaşadığı zamanın özündə belə, təsadüfi deyil ki, xalqın özü tərəfindən müqəddəs
qəhrəmanlar kimi əzizlənir, sevilir. Həmişə haqqı və ədaləti qoruduğu üçün sevilir. Elə ona görə də heç
kəsin alicənablığını, sədaqətini, mərdliyini unutmur, gözdən qaçırmır, hər kəsi layiq olduğu yerdə
görməyindən zövq alır.
Ancaq bütün bunlar hələ sonralar olacaqdı. Hələ qarşıda dəhşətli sınaqlar, taleyin çox ağır
zərbələri vardı. Səhhətinin və həyatnın ən ağır məqamlarında belə fikrin gözü ilə çox uzaqları gorə bilirdi.
Ancaq onun gördükləri ən yaxın adamlarına belə xülya idi; əsası olmayan, heç vaxt reallığa
çevrilməyəcək xəyallar. Bəli, onun ətrafında olanların çoxu elə beləcə də düşünürdü. [28-29] O isə
Azərbaycanın azadlığmı tam aydınlığı ilə görür və buna öz varlığı kimi inanırdı. İnsanlar — çox az olan
vəfalı adamlar isə ona dayaq olmaq üçün gəlmişdilər. Böyük İnsan gənc övladlarından və elə gənc ikən
ana nəvazişindən məhrum olan övladlarından, ona sədaqətli olan insanlardan, ən başlıcası Vətənə
sevgidən güc aldı. Ondan kömək gözləyən məzlum, əzabkeş, yerindən-yurdundan didərgin olmuş
torpaqlarını, isti yuvalarını itirmiş insanlara əl uzadıb, onları fəlakətin ağzından qoparmaq üçün
sarsılmadı, daxilində heç vaxt tükənməyən, yenilməyən qüvə tapdı.
Böyük İnsan dözməli idi. Dözdü. Qabaqda onu amansız döyüşlər gözləyirdi. O, bu döyüşlərdən,
fikir toqquşmalarıdan qorxmurdu. Fiziki, cismani məğlubiyyəti isə erkən tərksilah edib geri qaytardı.
Çünki ümid işığı çox uzaqda olsa da közərirdi. Böyük İnsan o işığın hardan gəldi- [29-30] yini,
necə gəldiyini bildiyi üçün ona üz tutdu. Övladlarının da qəlbini isitdi. Bütün qüvvəsini bu istiqamətə
yönəltdi. Təkcə özünün yox, başqalarının, ona inanan adamların da güc və qüvvələrini səfərbər etdi.
Gecə-gündüz beyninin ən alt qatlarında belə ehtiyat olaraq qalan imkanları səfərbərliyə aldı. Onun təbiəti
belə idi. Onun yenilməz xarakteri bütün həyatı boyu daim hazırlıqlı olmağı tələb edirdi. Bəli, Böyük
İnsan hər anın, hər saatın, hər günün gətirəcəyi hər hansı yeniliyə qabaqcadan mənəvi-psixoloji hazırlığa
vərdiş eləmişdi.
O, Vətəninə ona görə qayıtmırdı ki, prezident olsun, hakimiyyət sahibi olsun. Onun hakimiyyət
iddiası yox idi. O, Vətənə qayıdırdı, çünki qayıtmalı idi. Onun əzəli və əbədi beşiyi bura idi.
Böyük İnsan həm də ona görə qayıdırdı ki, mənəvi ata kimi, böyük siyasi xadim, [30-31]
diplomat, dövlət adamı, ictimai xadim kimi uzun illər qazandığı təcrübəsini bölüşsün. Dilemma qarşısmda
qalanlara, tərəddüd edənlərə ürək-dirək versin, dayaq dursun, düzgün yol göstərsin. O, əfsanəvi Bəhram
Gur deyildi ki, iki aslan arasından tac götürsün. Vətənin xilası naminə Vətənin özündə ictimai xitabət
kürsüsü də ona bəs idi.
Qorxaqlar, yarasa kimi günəş işığından gizlənənlər təkcə onun gəlişindən yox, adının
çəkilməyindən belə vahimələnirdilər. Çünki yaxşı bilirdilər ki, onun bircə çıxışı bəs edəcək ki, Şeyx
Nəsrullahların simaları açılsın, mənfur maskalar yırtılsın, milli mənliyi olmayanlar, Vətən şərəfini,
torpaq, xalq namusunu bir quruşa satanlar öz adları, ünvanlan ilə çağrılsın. Onun bircə çıxışı bəs edəcəkdi
ki, onu tanıyan xalq qorxmaz, qüdrətli bir insan, dəmir iradə, iti zəka sahibi kimi yaddaşında saxladığı
[31-32] Böyük İnsan obrazına can, qan, hərarət, güc versin, arxasınca getsin.
... Böyük İnsan gözlərini bir az da uzaqlara zillədi. Vətənin qızaran, səmasına qan çilənən
günlərinə boylandı. Axı xalq bu qəzaya düşməyə bilərdi. İmperiyanın dağılmasını vaxtında görməmək
siyasi korluğun son həddi idi. Keçidləri ehtiyatla ötmək, emosiyaları coşmuş kütləni düzgün məcraya
yönəltmək üçün xalqa oğul, sərkərdə lazım idi. Bu oğulun gəlişini isə hər vəchlə ləngidirdilər. Özlərinin
isə bacarıqsız, küt, korafəhm olduqlarını dərk edə bilmirdilər. Ümumdünya siyasi zəlzələsi imperiyanın
hökmünü vermişdi. Özlərini lider adlandıranların, ölkəyə rəhbərlik edənlərin bunu dərk edə bilməməsi
ikiqat faciə idi.
... İmperiyanın mərkəzində, fitnə-fəsadların hazırlandığı nüvədə qorxmadan, çəkinmədən
cəlladları ifşa edən çıxış dünyanı heyrətə gətirir. Cəlladlar vahiməyə düşür. [32-33] Böyük İnsanın bütün
gücü yenidən boy göstərir. Dünya bu səsi eşidir. Dünya onun simasında Azərbaycanı görür.
Böyük İnsan həyatm siyasi ahənginin düzgün tutulmamasından Vətəndə coşmuş emosiyalar
dalğasının hansı sahilləri döydüyünü əla görürdü. O çox gözəl bilirdi ki, bu nəhəng insan ümmanına baş
vurandan sonra axarı düzgün istiqamətə yönəldə biləcək.
Böyük İnsan bu duyğularla Vətənə qayıdırdı, tanıdığı, yol göstərdiyi, ruh verib qanadlandırdığı
adamların yanına, siyasi həmkarlarının, bir çoxlarını özünə həmfıkir bildiyi soydaşlarının yanına. Sıravi
vətəndaş hüquqlarını təmin edib yaşamağa qayıdırdı. Həm də Vətənə həyan olmağın vaxtı idi.
Böyük İnsan həyatın müdriklik dərslərini kifayət qədər əxz etmişdi. Onun keçdiyi yol artıq özü
zəngin müdriklik, aqillik [33-34] məktəbi idi. Ona görə də hər cür soyuqluğa və biganəliyə qarşı hazır
idi. Heç bir xüsusi imtiyaz və münasibət ummaqdan söhbət gedə bilməzdi. Eyni zamanda böyük siyasətin korifeyi kimi Vətənə qayıdışının hakimiyyət hərislərində necə əhval yaradacağı da ona bəlli idi.
Böyük İnsan həyatı boyu müşahidələri, iti ağlı və zəkası ilə sezdiklərinin necə həqiqət olduğunu
görmüşdü. İndi də düşüncələrinin, təsəvvürlərinin həqiqət olacağına əmin idi. Əlbəttə, bir insan kimi belə
arzulamazdı. Ancaq dahiyanə uzaqgörənliyə kim qadağa qoya bilərdi?! Nəhayət, həyəcanlı anlar arxada
qalır. Dəmir iradə və soyuq baş bu həyəcanların qarşısına sipər çəkmişdi.
Böyük İnsanı şəhərə buraxmadılar. Bu, tarixdə görünməmiş haqsızlıq idi. Özünün tikib-qurduğu,
həyatının 10 ildən çoxunu bilavasitə rəhbəri olduğu Vətənin — yaşa- [34-35] maq, yaratmaq haqqı
olduğu doğma yurdun paytaxtına gəlməyə qoymadılar. Halbuki bu şəhərdə onun gənclik xatirələri vardı.
Bu şəhərin əmin-amanlığı üçün, təhlükəsizliyi üçün, insanlarının firəvanlığı, rahatlığı üçün yuxusuz
gecələr keçirmiş, ömrünün ən sağlam, gümrah günlərini bu şəhərdə qoymuşdu. İndi onun qabağını
kəsənlər hərəkətlərinin motivini belə izah eləmirdilər. Bunlar o kəslərin tapşırığı idi ki, onlar Böyük
İnsanın özündən həmişə yaxşılıq görmüşdülər. Ancaq bir vaxtlar həmin adamlar onun bircə baxışı,
üzünün bircə cizgisi ilə onu duymağa çalışır, tapşınqlarını əlüstü yerinə yetirmək üçün dəridən-qabıqdan
çıxırdılar. İndiki hərəkətləri onların keçmişləri ilə təzad təşkil edirdi. Buna nə ad vermək olardı? Bəlkə də,
Böyük İnsanın qüdrətini tərənnüm edən bu qeydlərin arasına insanlığı utandıran, xəcalət hissi yaradan
həmin sözləri yazma- [35-36] ğa lüzum olmazdı. Ancaq insanlığın gələcəyi naminə həmin məqamların
üstündən sükutla keçmək sadəcə heç bir vicdani ölçüyə sığmır. Qoy gələcək nəsillər yaxşı bilsin: Böyük
İnsan doğma xalqını ağ günlərə çıxarmaq üçün gecəli-gündüzlü yorulmadan, usanmadan çalışır, çalışır...
Xalqının dərdi öz dərdinə, əzabları öz əzablarına çevrilir: Xalqının ürək ağrılarını yaralı quş kimi öz
ürəyinə köçürür. Bu ağrılar, bu əzablar izsiz ötüşmür, onun Qarabağsız dərdli ürəyinə çat salır... Eh,
dəfələrlə ürəyini qırıblar, ürəyini yaralayıblar; acı bir gülüş qopdu dodaqlarından. O, özünə gülmürdü.
Həyatın amansızlığına gülürdü.
Böyük İnsan sadəlövh deyildi. İnsanların həyatın keşməkeşlərinə dözməyib sınmalarına təəssüf
edirdi. Gülüşü də facianə gülüş idi. Çünki özü faciə qəhrəmanının vəziyyətinə düşmüşdü. Bütün ictimai
mühitə qarşı [36-37] tək bir insanın xarakteri döyüşməli idi. Sanki hər şey təzədən başlanırdı. O, başa
düşürdü ki, təkcə mübarizə aparmaq yox, sadəcə yaşamağın özü də bundan sonra problem olacaqdı. Baş
verənlərə onun gülüşü cavab idi. Bu gülüş onun bütövlüyünün, xarakterinin, sərtliyinin, şəxsiyyətinin
sarsılmazlığının təsdiqi idi. Taleyin sərt döngələrinə tam hazır olan Böyük İnsan zəifliyə, ruh
düşkünlüyünə qapıla bilməzdi. O, dahi taktik və strateq olduğuna görə bütün çıxılmaz vəziyyətlər üçün
ehtiyat variantlar fikirləşmişdi. Bu da taleyin qismətidir. Xalqına yaxın olmağa, canından artıq sevdiyi
Vətənə kömək eləməyə, dayaq durmağa ona imkan vermirdilər. O, layiq olduğu zirvəyə çox uzaqdan, lap
yolun başlanğıcından, həmişə sevdiyi, sonsuz məhəbbət bəslədiyi sıravi adamların — xalqın təkidi və
tələbi ilə gəlməli oldu. [37-38]
Qorxaqların, cılızların birliyi sürünü xatırladır. Bu birlik cılız niyyətlər xatirinə yapılır. Bu birliyi
— əgər ona birlik demək mümkünsə — təşkil edən fərdlər çox amansız və yırtıcı olurlar. Qorxaqlığın və
cılızlığın tərs üzü budur. Böyük İnsan bu tiplərin iç üzlərinin tezliklə faş olacağına, onların layiqli
cəzalarına catacaqlarına əmin idi. Həmişəki kimi bu zənnində də yanılmamışdı. Bilirdi ki, həyat heç bir
haqsızlığı və ədalətsizliyi bağışlamır. Ədalətsizləri, haqsızları qanun cəzalandırmağa geciksə də, Tanrı
cəzalandırır, həyat lənətlə damğalayır.
İnsan iradəsindən kənar olan nə varsa, zaman və məkan hüdudlarını aşa bilməz. İndi bir çox
həqiqətlərin öz yerini tapması üçün vaxt lazım idi. Yaramazlar, daha dəqiq desək, yarasa xislətlilər Böyük
İnsanın işığından xilas olmaq istəsələr də, bu mümkün olmayacaq. Ancaq bunun üçün də [38-39] vaxt
lazım idi. İnsanları aldadan, Böyük İnsanların müsbət obrazını dağıtmaq üçün xalqa hər cür şirin vədlər
verənlərin sonunu göstərən zamanı gözləmək lazım gəlirdi. Bu, o demək deyildi ki, əlini qoynuna qoyub
gözləməlisən, zaman özü çatanda sənin qolundan yapışıb ayağa qaldırsın.
Böyük İnsanın təbiətinə bu ətalət yad idi. O, həmin vaxta qədər taleyinin qanunauyğun axarı kimi
haqlı bildiyi və bildiyində yanılmadığı həqiqətlər üçün mübarizənin ön cərgəsində dayanacaqdı. Onun
beyni, zəkası belə gərgin məqamlarda özünün fenomenal, qeyri-adi gücə malik olduğunu dəfələrlə
göstərmişdi.
Ata yurdunda, valideynlərinin uyuduğu torpaqda onu sonsuz məhəbbətlə qarşıladılar. Sadə
insanlann doğmalığı, can yanğısı, hər addımına qurbanlar kəsilməsi göstərirdi ki, bu torpaq axıracan ona
həyan olacaq, gələcək mübarizələri üçün ona ruh verə- [39-40] cəkdir. Zirvədən enmiş qartalın ürəyi zirvə
üçün atlanarsa, qanadları sağlamdırsa, o, həmin ənginliyə yenidən pərvazlanacaqdır. Ümumiyyətlə,
müdriklərin dediyi kimi, uçmaq üçün yarananlar sürünə bilməzlər. Onun bədxahları bu vacib həyati şərti
unutmuşdular. Unutmuşdular ki, Azərbaycan səmasında, Qoca Qafqazın zirvələrində pərvazlanmış,
qanadlanmış qartala bu səmada qanad çalmağı qadağan edə bilməzlər. Çünki onun uçduğu səmalar da,
qonduğu zirvələr də əlçatmazdı. Oranı Böyük İnsan öz gücü, qüdrəti, xalqdan gələn istək və məhəbbəti ilə
fəth edib.
... Böyük İnsanın sifətinə müqəddəs bir nur çilənmiş, gözlərində parlayan işıq seli yolumuzu
aydın, rəvan etmişdir. Qurduğu dövlət sarayının özülləri sarsılmaz sütunlar üstündə bərqərar olmuşdu.
Memarı yaşadan əməlləridir. İndi zamanın keçmiş adlanan tərəfində qalmış o iztirablı günləri [40-41]
beləcə təfərrüatıyla xatırlamağa dəyərdimi...
Böyük İnsan düşünürdü. Həmin uzaq əyalətdən paytaxta diqqətlə baxırdı. Burada gedən
prosesləri ən incə məqamlarına qədər izləyir, tərəfdarlarını, əleyhdarlarını, səmimi və qeyri-səmimi
olanları saf-çürük edirdi. Yeni sabahlar gəlir və onu xalqın tərəfində durmağa, ədalətli mübarizəyə
qoşulmağa səsləyirdi. Dayaq nöqtəsi var idi. Müdriklər demiş, dayaq nöqtəsi varsa, dünyanı yerindən
tərpətmək olar.
... Gələcək böyük hadisələrin təməl daşı qoyulurdu.
Böyük İnsanın yeni həyəcanları, kövrək hissləri, bəlkə də qeyri-adi duyğuları ona gələcək
həyatının sıldırımlarından, dəhşətli konyonlarından, taleyində heç vaxt yaşamadığı çətinliklərdən xəbər
verirdi. Bu hisslər insana əcdadlarından, milyon illərin arxasında amansız təbiətlə üzbəüz qalan [41-42]
insanın özündən miras qalıb. Bu, hardasa insanın baş verə biləcək təhlükələrə qarşı müdafiə reaksiyası idi.
Böyük İnsan sədaqəti bəşər övladının ali keyfıyyətlərindən hesab edir. O, siyasi Olimpin
zirvəsinə yenidən qayıdandan sonra bir vaxt həmin sadə insanların ona necə sədaqət göstərmələrini
dəfələrlə xatırlayacaq. Və öz qəlbində bunu yüksək ehtiram mərtəbəsi kimi qoruyacaqdı. Böyük İnsan
mənəviyyatı saf, ləyaqətli, istedadlı, insanlığa, bəşəri dəyərlərə sədaqəti qoruyan insanları həmişə yüksək
qiymətləndirir.
Böyük İnsanın uzaq əyalətdə yeni həyatı başlayırdı. Görüşlər, ziyarətlər, qısa istirahət günləri
ötən kimi sərt rejimli fəaliyyət proqramı müəyyən etdi. Yaxın taktiki məsələləri planlaşdırdı, xüsusi
əhəmiyyət kəsb edən və ilk baxışdan əhəmiyyətsiz görünən, yaxud az əhəmiyyət kəsb edən [42-43] heç
nəyi nəzərdən qaçırmadı. Hələ ilk gəncliyindən əsaslarını mükənıməl öyrəndiyi elmlərin ayn-ayrı
sahələri, tarix və siyasət, keçmişi təfərrüatına qədər möcüzəli yaddaşında təzələmək bacarığı bu işlərdə
karına gəlirdi. İnsanlarda — hətta ötəri söhbətlərdə, səmimi görüşlərdə vaxt nə qədər qısa olsa da — onun
şəxsiyyəti və parlaq obrazı dərin iz buraxırdı. Onunla bircə dəfə yaxın ünsiyyət və təmasda olan bir şəxs
ömrü boyu onu yaddan çıxara bilməzdi. İnsanlar onun zəngin biliyinə, qeyri-adi yaddaşına heyran idi. Az
qala 50 il əvvəlki ilk gənclik dövrü ilə bağlı hadisələri yada salarkən dəqiqliyinə qədər, ayrı-ayrı adlara
qədər təfərrüata vara bilməsi onunla görüşənləri heyrətə gətirirdi.
Böyük İnsan ilk addımlarını hardan, nədən başlayacağını dəqiqləşdirir. Qarşıya çıxacaq maneələri
aydınlaşdırırdı. [43-44]
Problem olacaq nə varsa, dəfələrlə təhlilə çəkilir. Böyük İnsanı zəfər yolu ilə qələbələrə aparan,
adını öz sağlığında əbədiləşdirən, onu xalqının xilaskan edən, Vətəninə şöhrət gətirən qələbələrinin
kökünü, bəlkə də, burada axtarmaq lazımdır. Şübhəsiz ki, onun həyatının bütün məqamları, bütün anları
öyrənilməlidir. Onun bütün siyasi fəaliyyəti gənclik üçün, gələcək nəsillər üçün orijinal tarix kitabıdır,
silinməz, pozulmaz abidədir.
Bütün bunlan dərindən araşdırmaq, təhlilə cəlb etmək, əlbəttə, gələcək tarixçilərin, siyasətçilərin,
filosofların, psixoloqların — bütün tədqiqatçıların vəzifəsidir. O da qeyd edilməlidir ki, Böyük İnsanın tufanlara sinə gərən həyatı zaman-zaman tərənnüm olunacaq, şəninə nəğmələr oxunacaq, qurduğu əzəmətli
Dövlət Sarayının yenilməzliyi və müstəqilliyi əbədi olacaq. Bu Dövlət Sarayının memarı kimi əbədi
yaşarılıq haqqı qazanacaqdır. [44-45]
Böyük İnsan üçün siyasi fəaliyyət meydanında əhəmiyyətsiz heç nə yoxdur. Bu meydanda o,
dostu da yaxşı görür, düşməni də. Bədxahları da diqqətdən qaçırmır, rəqibləri də. Uğurlarından
arxayınlaşmaq, müvəffəqiyyətlərindən sayıqlığı itirmək onun təbiətinə yaddır.
Ona görə də ilk başlanğıcdaca siyasi mühiti təfərrüatına qədər öyrənirdi. Kimin kim olduğunu,
iddialarını, məqsədini, hansı qüvvələri təmsil etdiyini, qabiliyyət və imkanlarını, nəyə və kimə
arxalandığını, xarakterini — bütün bunları diqqətlə öyrəndi. Bir neçə aydan sonra artıq mürəkkəb məsələləri qeyri-adi dəqiqliklə də həll etdi. Onun analitik təfəkkürü yeni şərait üçün kifayət qədər
silahlanmışdı.
Paytaxtdan uzaq əyalətdə insanlar ona sığındılar. Ən ağır, çətin günlərini birgə yaşadılar.
Böhranın, maddi çətinliklərin, düşmən hədələrinin, blokadanın məngənə- [45-46] sində boğulan əyalətin
bütün ağrı-acılarna şərik oldu. Ən aşağı həyat səviyyəsinin sıxıntılarına ona inanan insanlarla bərabər sinə
gərdi.
Əyalətin səlahiyyət sahibi kimi paytaxta gəldi. Artıq bütün Azərbaycan onu dinləməyə hazır idi.
Həm də daha onun danışacağı kürsünü gizləyə bilməzdilər. İşıqdan qorxan yarasalar yenə vahimə
içindəydilər. Ancaq Böyük İnsan yeni zamanın tələbləri ilə bağlı təkliflərini, özünün prinsipial mövqeyini
bildirməkdən çəkinmədi. Çox təəssüf ki, qonşu dövlətlərlə gərgin münasibətdə olan ölkənin başbilənləri
nəinki ona axıracan sərbəst danışmaq imkanı vermədilər, hətta ona qarşı yeni hücumlara başladılar. O isə
buna hazır idi. Artıq Böyük İnsanı yolundan heç nə döndərə bilməzdi.
Böyük İnsan həm də görürdü ki, artıq bu şöhrət və sərvət düşgünlərini heç bir milli [46-47]
mənafe narahat eləmir. Onlar sağlam düşüncə tərzindən çoxdan uzaqlaşıblar.
Böyük İnsanın keçmiş silahdaşlarından bir çoxlarının açıq-aşkar qabalığı, şəxsən onun özünə yox,
onun şəxsində haqqa və ədalətə qarşı çıxmaları ürək göynədən mənzərə idi. Bu, ən azı onların mənsub olduqları xalqın mənəvi dəyərlərinə arxa çevirmələri demək idi.
Böyük İnsan fıkrini dəqiq əsaslandırılmış dəlil və sübutlarla aydın şəkildə ifadə etsə də, prinsipsiz
adamlarla, mənəvi şikəstlərlə heç bir mübahisəyə getmədi. Ümumiyyətlə, mübahisə özünə hörmət etməyi
bacaran, müəyyən hazırlığı olan, müqəddəs sayılan dəyərlərə tapınan adamlarla aparılır. Antik filosoflar
demişkən, həqiqət mübahisələrdə üzə çıxır. Əsl həqiqət isə çox ağır yükdür. Buna mənəvi-psixoloji
hazırlığı olmayan adamlar davam gətirə bilməzdilər. Çığır-bağırdan başqa əlindən [47-48] heç nə
gəlməyənlər mübahisəyə layiq deyildilər.
Böyük İnsanın Milli Məclisdəki həmin çıxışı dünya siyasət tarixinin ən parlaq səhifəsi olduğu
kimi, natiqlik sənətinin də zirvəsi sayıla bilərdi. Həmin gün sözün həqiqi mənasında xalqın vəkili
danışırdı. Onun bu parlaq nitqində xalqın istək və arzuları ifadə olunurdu. İllər keçəcək, natiqlik sənətinə
yiyələnmək istəyənlər üçün həmin nitq əyani vasitə, ən dəyərli nitq parçası kimi nümunə olacaqdır.
Ona deyirdilər ki, ozünü oda atır. Zaman dəyişib. Bəlkə, heç nəyə qarışmasın. Böyük İnsan bu
mövqe ilə — vicdanın ağzına daş basmaq mövqeyi ilə barışa bilməzdi. Həyatının ən enerjili, ən güclü
çağlarını sərf edib tikib-qurduğu Vətənin necə uçuruma getdiyini görməmək, bəlkə də, özünü görməzliyə
vurmaq sadəcə, mümkünsüz idi. Həyatı boyu əxz etdiyi sağlam, mənəvi [48-49] prinsiplərə arxa çevirə
bilməzdi. Onu danışmağa məcbur edən ürəyi — ürəyinə köçürmüş olduğu Vətən — Ana idi. Üst-üstə
vurulan yaralara artıq dözə bilməyən Ananın göylərə bülənd olmuş fəryadlarını oğlu eşitməsəydi, onun
imdadına kim yetə bilərdi?
Zaman qatarı isə şütüyürdü. Yeni minilliyin gəlişinə doğru onun dayanacaqsız yolundakı
hərəkətini insan övladı saxlaya bilməzdi. Əyalətin sərt kontinental iqlimində siyasi, iqtisadi böhran
sıxmtılannı özünün böyük siyasi təcrübəsi ilə yaşadı. Əyalət artıq nəfəs alırdı. Bütün ölkə — Azərbaycan
isə həlli müşkül problemlərin qarşısında məzlum bir vəziyyətdə qalmışdı.
93-cü ilin soyuq yayı başlayırdı. Xalq üşüyürdü. Xalq düşdüyü çıxılmazlıq girdabında boğulurdu.
Xalq «mənim xalqım» deyənlərin fərsizliyini, bacarıqsızlığını [49-50] görüb aldadıldığını dərk edir,
təəssüflər içində boğulur, yaxınlaşan fəlakət tufanından necə sovuşmağm yolunu görmürdü. Xalq iliyinə
qədər donurdu. İnsan övladı tarix boyu yayın qızmarmda bu qədər üşüməmişdi. Böyükdən kiçiyə —
hamının gözləri ona zillənmişdi. Ən amansız rəqibləri, dostları, hətta düşmənləri də yaranmış xaosdan,
dünyanın heç yerində analoqu olmayan bu qarmaqarışıqlıqdan ancaq onun baş çıxara biləcəyinə
inanırdılar. Namərdlər susub qınlarına çəkilmişdilər. Xalqın qınağından, xalqın tənəsindən qorxub dinə
bilmirdilər: «Əgər bacarırsa, qoy gəlib ölkəni vəziyyətdən çıxarsın». Həm də bununla Böyük İnsan bir
daha sınağa çəkilirdi. Allahın özünün belə baş açmadığı, hər şeyin kəllə-mayallaq olduğu bu vəziyyət
bənzəri olmayan yırtıcıya çevrilib insanların gələcəyə inamını, iradəsini yeyirdi. [50-51]
Böyük İnsan xalqın ümid çağırışlarını eşitməyə bilməzdi. O, xalqının, onun adını uca tutan, onu
layiq olduğu mərtəbədə görmək istəyən səmimi insanların çağırışı ilə artıq Vətəni boğazlayan fəlakətlə
döşdöşə gəldi.
Tarix Böyük İnsanın qarşısına yeni missiya qoyurdu. Bütün ömrü boyu apardığı mübarizələrin ən
amansızı və həm də ən şərəflisi başlayırdı. Təyyarə meydanından ali iqamətgahlara, oradan Gəncəyə,
yenidən paytaxta... ən təhlükəli yollar boyu xalq hayqırırdı: «Böyük İnsan, bizi bu bəladan qurtar!»
Böyük İnsan addımlayırdı. Cılızların, namərdlərin, bədxahların əli isə tətikdə idi. Hədəf xalqın
görən gözü, düşünən və düşündürən beyni, vuran ürəyi, xilas məşəli, millətin Atatürk timsallı Atası idi. O
isə demək olar ki, heç bir mühafızəsi olmadan ən ağır nöqtələrdə xalqın səsini [51-52] eşitməkdən, xalqın
mənəvi dəstəyini duymaqla acı və dəhşətli həqiqətləri öz gözləri ilə görməkdən çəkinmirdi. Əli tətikdə
olan cıhzlar, namərdlər isə ona böyük xalq məhəbbətini görür, xalqın qəzəbindən də qorxurdular. Böyük
İnsan odun içindən keçib Vətənin, Böyük Ananın qolundan yapışdı. Vətən — Ananın gözlərinə işıq,
dizlərinə taqət, qollarına qüvvət gəldi.
Dərəbəylik, özbaşınalıq qanunları ilə yaradılmış silahlı dəstələr son imkanlarına, ən alçaq
xəyanətlərinə rəvac verdilər. Torpaqları, dinc əhalini, silahsız xalqı quduz düşmənlə üzbəüz qoyub
qaçdılar. Bir-birinin arxasınca düşmənə təslim edilən bölgələrin qaçqın düşən əhalisi susuz, ilan mələyən
çöllərdə çadırlara sığındı.
Xalq hər yerdə həmin namərdləri lənətlə damğalayırdı. Bu, onların ifşası idi. Tarix səhnəsindən,
siyasət səhnəsindən bu cür [52-53] biabırçılıq və şərəfsizliklə getməyin bəlkə də təkrarı heç vaxt
olmayacaq.
Böyük İnsan ona arxalanan xalqı, ondan kömək uman milləti ilə birlikdə bu sınaqlara da dözdü.
Bədxahların, bəsirət gözləri bağlananların əksinə olaraq, Vətənin müstəqilliyini qorudu. Onu bir daha
imperiyanın qanlı caynaqlarına verməyəcəyini bəyan etdi. O, açıq döyüşə çıxdı. Xaricdən qıcanmış dişləri
diplomatiyasının, siyasi təcrübəsinin, ağlının gücü ilə qırdı. Düşmən gördü ki, bu sipər qırılan deyil.
Böyük İnsan eyni vaxtda bir neçə cəbhədə vuruşurdu. Xəcalətdən ölməyib, ölkəni düçar etdikləri fəlakətə görə utanmadan yenidən boşboğazlıq edənlərə cavab verməyə də vaxt tapdı. Yersiz və yurdsuz
qalan insanları qabaqdan gələn sərt qışdan qorumaq üçün yollar aradı. İnsanları son güclərini səfərbər eləməyə çağırdı. İmkanlıları rəhmə, humanizmə səslədi. Azərbaycan həqiqətlərini [53-54]
bütün dünyaya car çəkdi. Aşkarlığa, demokratiyaya, qanunların aliliyinə arxalanıb lazım gələndə sərtlik
göstərdi. Bütün idarəetmə pultlarını əlinə alıb təşəbbüsü öz üzərinə götürdü. Tədricən mövqe üstünlüyünə nail oldu. Dərəbəyliyi, özbaşınalığı aradan qaldırmaq, qanuni hakimiyyəti bərqərar etmək üçün
qətiyyətli addımlar atdı.
Faciə və çıxılmazlıq içində çırpınan insanların düçar olduğu bəlaları görəndə kövrəlsə də inamını,
yaxşı tanıdığı xalqın son anda dirçələ biləcəyinə gümanını itirmədi.
Böyük İnsan öz ölkəsinin xoşbəxtliyi naminə bütün gücünü sərf edəcəyinə, bunun üçün son
damla qanına qədər mübarizə aparacağına and içdi. Konstitusiyanı başı üzərinə qaldırdı. "Qurani-Kərim"ə əl basdı. Diz çöküb üçrəngli bayrağı öpdü. O bayrağı ki, burnunun ucundan o tərəfı görməyənlər bir
vaxt qəbul elə- [54-55] mirdilər. O dövrdə Böyük İnsan həmin bayrağı əyalətdə qaldırmışdı...
Böyük İnsan öz ölkəsini və xalqını sivil dünyanın yoluna çıxarmaq üçün ağla sığmayan, ancaq
qüdrətli insanların dərk edə biləcəyi böyük işlər üçün yol açdı. Dərəbəylik, özbaşınalıq, quldurluq və
cinayət yolu tutmuş silahlı adamlar yığını əvəzində nizami ordu quruculuğuna başladı. Yeganə bazis onun
ağlı, təcrübəsi, ona inanan xalqının dəstəyi idi.
Böyük İnsan Dövlət Sarayını qurmağa başladı. Özüllərinə qədər sarsılmış, köhnə, artıq tarixə
qovuşmuş ictimai quruluşdan miras qalmış divarlar da çat vermiş, yeni təfəkkür dövrü üçün demək olar
ki, yararlı heç nə qalmamışdı. Bütün bunlara baxmayaraq, o, özünü böyük sərvət sahibi hesab edirdi. Hələ
bir il əvvəl ona üz tutan, onun proqramını qəbul edən, ona dəstək verən ziyalıların, sədaqətli insanların in-
[55-56] tellektini, gücünü özünün sərvəti hesab edirdi.
Xarabazarlığa çevrilmiş ölkənin maddi sərvətlərini də xalqın malına çevirməklə dirçəlməyin
yollarını aramaq, tapmaq lazım gəlirdi. Bunun üçün birinci növbədə bazar iqtisadiyyatı prinsiplərinə
uyğun gəlməyən sovet təfəkkür tərzindən uzaqlaşmaq lazım idi. Ölkədə böyük islahatlar — bəzən
müqavimətlə üz-üzə gələn islahatlar aparılmalı idi. O, hamını, birinci növbədə yeni dövlətin qurucularını
mənəvi-psixoloji cəhətdən buna hazır olmağa çağırdı.
Neft müqavilələrini — Əsrin müqaviləsini bağladı. Bu, artıq ölkəni iqtisadi cəhətdən dirçəltməyin
başlanğıcı demək idi. Bu, yeni neft strategiyasının həyata vəsiqə alması, böyük memarın Azərbaycanı
iqtisadi böhrandan çıxarmaq üçün ən cəsarətli, ümumdünya miqyasında təqdir olunan ən böyük addımı
idi. Böyük İnsan [56-57] bütün şəkkakların, boşboğazların müqavimətini qırdı. Xalqı özünün maddi
sərvətlərinə sahib edəcək yola çıxardı.
Böyük İnsan heç nəyi nəzərdən qaçırmırdı. Yaxşı bilirdi ki, təzədən hakimiyyətə qayıtmaq
niyyətindən əl çəkməyən hərislər xalqın başında «qoz qırmaq» üçün hər cür vasitələrə əl ata bilərlər. Bəli,
cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, görünür, elin dediyi «qozbeli qəbir düzəldər» müdrik
deyimi də öz həqiqətini bütün zaman boyu qoruyacaqdır. Bəlkə də qaytardılar — Allah Mirzə Cəlilə
rəhmət eləsin — xülyası ilə nəfəs alan avantüraçılar ölkəni parçalamağa, suları bulandırmağa cəhd
göstərdilər. Xanlıq üsul-idarəsi ilə parça-parça bölünmüş Azərbaycan dünyanın yeni siyasət düzənində öz
yerini tuta bilməzdi. Böyük İnsan artıq bir il əvvəl həmin soyuq yay günlərində bu niyyətlərin - ölkəni
şimaldan və cənubdan hədələyən [57-58] bayquşların səsini kəsmişdi. İndi yeniləri — vaxtilə qınına
çəkilmiş avantüraçılar səslərini qaldırmaq istəyirdilər. Əllərində iti xəncər tutaraq Böyük İnsanın ürəyinə,
kürəyinə saplamağa hazır dayanmışdılar. Ürək yaralansa, can əldən gedər. Ürək timsalmda hədələnən isə
Vətən idi.
Böyük İnsan xalqa üz tutdu. Artıq gözü açılmış, ağı qaradan seçməyi bacaran xalq yenidən aldana
bilməzdi. Xalq bütün varlığı ilə ona səs verdi. Bu dəstəyə söykənən Böyük İnsanın işığı Vətənin üstünə
yeriyən zülməti kəsib-doğradı.
Böyük İnsan ölkənin əmin-amanhğını, ictimai-siyasi sabitliyini tam təmin etmək üçün ən
gözlənilməz siyasi gedişlərlə bədxahları, ağıldan məhrum olduqları üçün gücə, silaha arxalananları mat
vəziyyətində qoydu. Hələ də daxildə bu gücü qoruyub xalqın özünə qarşı çevirəcəkləri günü gözləyənləri
də ifşa etdi. Artıq ölkənin kifayət [58-59] qədər sağlam güc nazirlikləri, sağlam əsaslar üzərində qurulmuş
ordusu var idi. Böyük İnsan terrora, hər cür fitnəkarlığa əl atanları, daha dəhşətli cinayətlər törətməyə
hazır olanlan da ifşa edib zərərsizləşdirdi. Novruz bayramında belə qan tökməyə hazır olan dərəbəyləri
məğlub edib tarixin ibrət küncünə atdı.
... Böyük İnsan gələcəyə baxırdı. Bu gələcəyin yolları isə keçmişdən, həmin təlatümlü, tufanlı,
ağrılı, əzablı keçmişdən gəlirdi. O keçmişdən ki, siyasətin əlifbasını belə bilməyənlər özlərini böyük
siyasətin görkəmli xadimləri hesab edirdilər. Min illərdən bəri formalaşmış mənəvi dəyərlərin, xalqın,
millətin əsas təyinedicisi dilimizin üstündə gülünc təcrübələr aparmağa, hətta onun adını belə dəyişməyə
cəhd göstərirdilər. Böyük İnsan humanizmi, demokratik dəyərləri əsas tutaraq, elm xadimlərini, ziyalıları,
mütəxəssisləri [59-60] fıkir mübadiləsinə çağırdı. Onlara hökm etmədən dilimizlə — dilimizin adı ilə
bağlı obyektiv həqiqəti dərk etməyə sövq etdi. Bizi birləşdirən varlığın — dilimizin bakirəliyini qorudu.
Böyük İnsan azad sözün təminatçısı oldu. Demokratiyaya rəvac verdi. Onun həyatına qəsd
etməyə hazır olan bədbəxt düşmənlərinə belə humanistlik göstərdi. Bütün pislikləri unutdu. Ancaq
hamıya xəbərdarlıq etdi ki, Vətən — Anaya xəyanət edənlərə bundan sonra da aman olmayacaq.
Böyük İnsan valideynlik borcunu da unutmadı. Öz Vətənini sevən, xalqın mənəvi dəyərlərinə
arxalanan, dünyanın harasında olur-olsun, mənsub olduğu xalqı ləyaqətlə təmsil edə bilən övladlar böyütdü. Nəinki öz övladları, bütün xalq onu özünə ata bildi. Zəngin, mənəvi sərvətlər yaratdı. Bu
sərvətlərin əsasında xalqa, Vətənə sevgi durur. «Kitabi-Dədə Qorqud»un [60-61] 1300 illik tarixinin
təntənələri, Mövlanə Füzuli sənətinin sevgilərlə anılması, dünya azərbaycanlılarını bir araya gətirmək
üçün təşkil olunan forumları yada saldıqca, Böyük İnsanın köksü qabarırdı.
Böyük İnsan yorulmur, usanmır. Bu müqəddəs yolda uzaq keçmişdən gəlib əbədi gələcəyə gedən
Azərbaycan adlı karvanın aşacağı zirvələri xəyalında canlandırır. Bilir ki, qəlbində göynəyən ağrının
məlhəmi Vətənin birliyi, bütövlüyü ola bilər. Xalqını birliyə, saflığa, bütövlüyə səslədi, əmin-amanlığa
çağırdı. Tarixi ədaləti bərpa etmək, Vətənin işğal altına düşmüş, erməni qəsbkarlarının tapdağında olan
Qarabağı azad etmək üçün hərbi-siyasi zəmin hazırladı. Və xalqına bəyan etdi ki, o, torpaqlarımızı sülh
yolu ilə azad edəcəkdir. Əgər namərd düşmən bu mübarizədə uduzduğunu etiraf edib işğal niyyətlərindən
əl çəkməsə, öz xalqını Ali [61-62] Baş komandan kimi, son və qəti döyüşə aparacaqdır.
Böyük İnsan dünyanı gəzdi. İnsanlara — qeyri-dinlərin və dillərin sahibi olanlara əsl həqiqəti
çatdırdı. Kimin haqlı, kimin haqsız olduğunu anlatdı. Millətlərin imzası olan ən ali sənədlərə öz millətinin
imzasını da həkk etdi. Tarixi, cahanşümul əməlləri ilə təkcə özünə yox, öz xalqına, Vətəninə də böyük
şöhrət gətirdi.
Onun yaratdığı dövlətqurma elmi heç vaxt dəyərini itirməyəcək bir sərvət kimi gələcək nəsillərə
yetəcək, zaman-zaman yaşayacaq, öyrəniləcəkdir. Bu elmdən bəhrələnməklə, bu elmi öyrənməklə,
indinin özündə belə bu sərvətə yiyələnmiş siyasi varislər nəsli yetişib. Onların ön sırasında Böyük İnsanın
öz oğlunun da olması təkcə onu yox, bütün xalqı sevindirir. Xalq o vaxt yenilməz və qürurlu olur ki, onun
fəxarət yeri, onun güvənc yeri olur. [62-63]
Böyük İnsan dayandığı zirvədən səhər günəşinə boylanan insanların nurlu, işıqlı, sevgi dolu
çöhrələrini görür. Böyük İnsan uzaq yolların damarını kəsib əbədiyyətə gedən karvanın aydın sabahlarını
görür. Bu zirvədən uzaq gələcəyə qədər uzanan zaman yollan açıq-aydındır.
Böyük İnsan öz xalqını fəlakət girdablarından xilas etdiyi, ayağa qaldırdığı kimi, xalq da onu
ucaltdığı zirvədən heç vaxt endirməyəcəkdir.
Min illər boyu fılosofların, müdriklərin cavabını axtardığı sualı biz də vermişdik: Bir ömür insana
bəs eləyərmi?
Böyük İnsan ömrünü yaşayanlar üçün bu sualın cavabını zaman özü verir... [63-64]
* * *
Ucalardan uca Tanrı onu qorudu. Yaxası yağılar əlində didim-didim olan Vətənin, taleyinə
nadanların hökm elədiyi günahsız xalqın xatirinə Tanrı onu qorudu.
Böyük İnsan zirvədədir. Tarix və zaman bu zirvədən keçib gedir. Zirvədən dünya bütün əlvanlığı
ilə görünür. 80 illik bir ömrün yolu Böyük İnsanı bu zirvəyə qaldırıb.
Zamanlar ötəcək, fəsillərin istisi-soyuğu bir-birini əvəz edəcək. Yazlar, payızlar dəyişəcək.
Böyük İnsanın qalxdığı zirvənin çölü, çəməni solmayacaq. Bu zirvə insan sevgilərindən, Vətən
məhəbbətindən su içib əbədi bahar rəngini, əbədi bahar təravətini qoruyacaqdır.
Zirvədən doğan günəş Azərbaycanın hər tərəfinə işıq salır. Bu işıq qitələri, materikləri kəsib
keçən paralellər, meridianlar kimi taleyin hökmü ilə dünyanın hər tərə- [64-65] fınə səpələnmiş
soydaşlarımızın hamısının qəlbinə çatacaq, onlara özünün işıq payını əsirgəməyəcək.
Yolçu yolda, — deyib atalar.
Yolun uğurlu olsun, Böyük Insan!
Biz gələcəyə işığınla gedirik! 

"ZƏFƏR YOLU", "GƏNCLİK" nəşriyyatı, 2003